Sektor müdiri / Maliyyə şöbəsi / Hesabatlılıq sektoru
Vakansiya aktiv deyil
İş yeri:
Bakı şəhəri
İş növü:
tam ştat
Vakansiya sayı:
1
Son müraciət tarixi:
12.09.2022
Yenilənmə tarixi:
23.09.2022
Vakansiyaya dair tələblər
Əsas vəzifə və öhdəliklər: Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil etmək və ona nəzarət etmək; Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) əsasında uçot siyasətini təşkil etmək; MHBS üzrə hesabatların hazırlanması; Kənar auditorlarla MHBS nəticələrinin koordinasiyası, auditor məlumatlarının və tövsiyələrinin ayrıca müzakirə edilməsi və məlumatların düzgün tətbiqinin təmin olunması; Növbəti hesabat dövrləri üçün gözlənilən MHBS hesablamalarının nəticələri haqqında tabe olduğu rəhbərə mütəmadi məlumat vermək; MHBS hesabatları prinsiplərinin dəyişilməsi və yenilənməsi hallarına dair mütəmadi izləmələrin aparılması; İnvestisiya əməliyyatları ilə bağlı aidiyyəti üzrə təkliflər verilməsində iştirak etmək; Səlahiyyətləri çərçivəsində müvafiq birjalar üzrə effektiv ticarət strategiyalarının həyata keçirilməsində iştirak etmək; Hecinq və digər törəmə maliyyə alətləri üzrə müvafiq əməliyyatların həyata keçirilməsində iştirak etmək; Cəmiyyət üçün ən əlverişli əməliyyatların həyata keçirilməsi üçün yerli və qlobal sabit gəlirli qiymətli kağızlar, pul, səhm və əmtəə bazarlarının araşdırılması, təhlili və aidiyyəti üzrə təkliflərin verilməsi; Fəaliyyət sahəsinə aid digər hesabatların vaxtlı-vaxtında hazırlanmasını təmin etmək; Maliyyə hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi və eyni zamanda qanunvericilikdə nəzərdə tutulan tarixlərdə dərc olunmasını istiqamətində müvafiq işlərin görülməsini təmin etmək;
Tələb olunan bilik, bacarıq və səriştələr: Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (yaxşı), rus dili (yaxşı); Komputer bilikləri: Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı; ACCA F1-F9 səviyyəsi üzrə sertifikatlar və ya CİMA Managment Level sertifikatı olan namizədlər. Analitik düşünmə, problemləri həll etmə, qərarvermə və idarə etmə bacarığı;
Tələb olunan təhsil və iş təcrübəsi: Maliyyə, İqtisadiyyat və ya müvafiq sahədə ali təhsil; Müvafiq sahə üzrə 5 il iş təcrübəsi; (kənar audit sahəsində iş təcrübəsi arzuolunandır)
İş qrafiki: İş saatları: 09:00 – 18:00; Nahar fasiləsi: 13:00-14:00 Şənbə və Bazar istirahət günüdür.