Sektor müdiri / Risklərin idarəolunması və daxili nəzarət şöbəsi / Risklərin idarəolunması sektoru
Vakansiya aktiv deyil
İş yeri:
Bakı şəhəri
İş növü:
tam
Vakansiya sayı:
1
Son müraciət tarixi:
08.08.2024
Yenilənmə tarixi:
13.08.2024
Vakansiyaya dair tələblər
Əsas vəzifə və öhdəliklər: * Cəmiyyətin Risk Siyasətinin formalaşdırılması, tətbiq olunması və onun təkmilləşdirilməsini təmin etmək; * Cəmiyyətin biznes proseslərinin təhlil olunması və risklərin idarəolunması sisteminin qurulmasını təmin etmək; * Risklərin idarəolunması alətlərini tətbiq etməklə risklərin müəyyən edilməsi, qiymətləndirilməsi; prioritetləşdirilməsi və onlara qarşı tədbirlərin görülməsini təmin etmək; * Risk reyestrinin hazırlanması, mövcud risklərin mütəmadi nəzərdən keçirilməsi və onun daimi yenilənməsini təmin etmək; * Risklərin idarəolunmasında biznes proseslərin dəyişkənliyi baxımından təhlillərin aparılması və müvafiq tədbirlərin görülməsini təmin etmək; * Risklərin müəyyən olunması və analizi proseslərində struktur bölmələrlə qarşılıqlı kommunikasiyanın təmin olunması; * Risklərin idarəolunması sahəsində beynəlxalq standartları tətbiq etmək; * Cəmiyyətdə risk əsaslı yanaşma mühitinin formalaşdırılmasını və təşviq olunmasını təmin etmək; * Risklərin idarəolunması sisteminin təkmilləşdirilməsi və onun işləkliyini təmin etmək; * Risklərin idarəolunması sektorunun məqsədlərinə nail olunması istiqamətində zəruri tədbirlər görmək; * Risklərin idarəolunması sektorunun fəaliyyətinini təşkil etmək və fəaliyyətə dair hesabatlılığı təmin etmək; * Rəhbərliyin Risklərin idarəolunması və qanunvericlik aktlarına uyğun verdiyi göstəriş və tapşırıqları tam və vaxtında icra olunmasını təmin etmək; * Risklərin idarəolunması sistemi çərçivəsində komanda işinin təşviq olunmasını təmin etmək; * Risklərin idarəolunması sisteminin tətbiqi zamanı nəticəyönümlü qərarların alınmasını təmin etmək; * Risklərin müəyyən olunması zamanı ortaya çıxan problemlərin həlli istiqamətində zəruri tədbirlər görmək.
Tələb olunan bilik, bacarıq və səriştələr: * Azərbaycan dilini mükəmməl səviyyədə, ingilis və rus dilləri arzuolunandır; * Yüksək riyazi analiz qabiliyyəti və analitik düşünmə, Risk əsaslı yanaşma; * Peşəkar MS Excel, 1C, ERP proqramları üzrə biliklər; * Ezamiyyətlərə getməyə hazır olmalı; * ACCA, CIA, CRMA və s. beynəlxalq peşəkar sertifikatların olması üstünlükdür.
Tələb olunan təhsil və iş təcrübəsi: * Ali təhsil (Mühasibat uçotu və audit, İqtisadiyyat, Maliyyə ixtisaslar üzrə); * Müvafiq sahə üzrə minimum 5 il, Risklərin idarəolunması sahəsi üzrə 3 il iş təcrübəsi.
İş qrafiki: * Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar: * Əmək haqqı müsahibə əsnasında təyin olunur. * Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. * Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. * Nəqliyyat xidməti. * Rəqabətli mükafatlandırma sistemi.