Sektor müdiri / Satınalmalar və təchizat zəncirinin idarəolunması şöbəsi / Logistika və anbar təsərrüfatı sektoru
Vakansiya aktiv deyil
İş yeri:
Bakı şəhəri
İş növü:
tam
Vakansiya sayı:
1
Son müraciət tarixi:
29.12.2025
Yenilənmə tarixi:
22.04.2026
Vakansiyaya dair tələblər
Vakansiyaya dair tələblər: · Sektorun fəaliyyətinin effektivliyini təmin etmək, işçilərin iş qrafikini tərtib etmək, icrasına nəzarət və koordinasiya etmək; · Şirkətin satınalma planına uyğun olaraq logistika və anbar xidmətlərinin vaxtında və tələb olunan səviyyədə təşkilini təmin etmək; · Sektor üzrə maddi-texniki təminat ehtiyaclarını müəyyənləşdirərək satınalma planına daxil edilməsini təmin etmək; · Sektorun fəaliyyətinə dair təhlil, hesabat və statistik məlumatları hazırlamaq; · Şirkətdaxili qaydalara, əməyin təhlükəsizliyi normalarına və digər tələblərə riayət edilməsini təmin etmək; · Daxili və beynəlxalq yükdaşımaların planlaşdırılması, təşkili və icrasına nəzarət etmək; · Qiymətlilərin (metallar, nümunələr və s.) daşınması proseslərini koordinasiya etmək; · Daşımalar üzrə müvafiq risklərin azaldılması üçün tədbirlərin görülməsini təmin etmək; · Yüklərin təhvil-təslim proseslərinin tam sənədləşdirilməsinə nəzarət etmək; · AR qanunvericiliyinə uyğun bütün gömrük rəsmiləşdirmə işlərinin həyata keçirilməsini təmin etmək; · Tələb olunan gömrük sənədlərinin düzgün və vaxtında hazırlanmasını təşkil etmək; · İdxal və ixrac əməliyyatları üzrə prosedurların optimallaşdırılmasını təmin etmək; · Şirkətə məxsus mal və materialların ölkə daxili və xarici göndərilməsini təşkil etmək; · Daşımalar üzrə nəqliyyat vasitələrinin seçilməsi, marşrutların planlaşdırılması və optimallaşdırılması; · Yüklərin təhlükəsiz, vaxtında və zərərsiz çatdırılmasına nəzarət etmək; · Mal və materialların qəbulu, yerləşdirilməsi, qeydiyyatı və saxlanması proseslərinə nəzarət etmək; · Anbarın uçotu, inventarizasiyası və qalıqların düzgün idarəedilməsini təmin etmək; · Tələbnamələr əsasında materialların vaxtında buraxılışını təşkil etmək; · Anbar sahəsinin səmərəli istifadəsini, təhlükəsizlik və sanitar-gigiyena qaydalarına uyğun saxlanmasını təmin etmək; · Material hərəkəti üzrə ERP/elektron sistemlərdə məlumatların tam və düzgün işlənməsinə nəzarət etmək; · Anbar qalıqları, dövriyyət, istifadə səviyyəsi üzrə analitik hesabatları hazırlamaq; · Material tələbatının proqnozlaşdırılması və optimallaşdırılması üzrə təkliflər hazırlamaq; · Anbarda saxlanılan qiymətlilərin təhlükəsizliyinə nəzarət etmək; · Maddi dəyərlərin itki və ya zədələnmə risklərinin azaldılması üçün tədbirlər qəbul etmək; · Təsdiq olunmuş büdcənin səmərəli icrasına nəzarət etmək, faktiki xərclərin büdcə ilə müqayisəli təhlilini aparmaq; · Logistika və Anbar xidmətləri üzrə bağlanmış müqavilələrin idarə olunması, müddətlərin, öhdəliklərin və şərtlərin icrasına nəzarət etmək; · Xidmət və təchizat müqavilələrinin vaxtında yenilənməsini təmin etmək, müqavilə müddəti bitmədən müvafiq satınalma sifarişi və ya müqavilə uzadılması prosesini başlatmaq; · Daşıma, gömrük, yük təhlükəsizliyi, anbarlama və digər logistika xidmətləri üzrə təqdim olunan hesab-fakturaların yoxlanılması, təsdiq üçün təqdim olunması; · Ödənişlərin büdcəyə uyğun və vaxtında həyata keçirilməsi üçün aidiyyəti strukturlarla koordinasiyanı təmin etmək; · Müqavilə üzrə xidmətlərin keyfiyyətinə dair monitorinq aparmaq və uyğunsuzluq aşkarlandıqda podratçı ilə düzəliş tədbirlərinin tətbiqini təmin etmək; · Logistika və Anbar fəaliyyətlərinin optimallaşdırılması məqsədilə xərclərin azaldılması və səmərəliliyin artırılması üzrə təkliflər hazırlamaq; · Ay ərzində minimum 2 dəfə sahəyə ezam getmək.
Tələb olunan bilik, bacarıq və səriştələr: · Azərbaycan dili səlis, İngilis dili orta; · Office proqramlarından yaxşı səviyyədə; · İncoterms şərtlərini bilmək; · Nəqliyyat və daşıma sahəsi üzrə sığorta bilikləri; · Korporativ ünsiyyət, Əməkdaşlıq, Məsuliyyətlilik, Davamlı inkişaf, Nəticə yönümlülük, Təşəbbüskarlıq, Təşkilatı anlama, Çeviklik, Konfliktlərin idaredilməsi, Problem həlletmə bacarıqları.
Tələb olunan təhsil və iş təcrübəsi: · Ali təhsil (Logistika, Satınalma Zəncirinin idarə olunması, İqtisadiyyat və ya texniki sahələr üzrə); · Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
İş qrafiki: · Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar: · Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. · Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. · Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. · Nəqliyyat xidməti. · Rəqabətli mükafatlandırma sistemi.