SƏTƏM üzrə təlimçi / Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühit şöbəsi / Çovdar inteqrəolunmuş regional emal sahəsi
Vakansiya aktiv deyil
İş yeri:
Daşkəsən rayonu
İş növü:
tam
Vakansiya sayı:
1
Son müraciət tarixi:
30.07.2025
Yenilənmə tarixi:
24.07.2025
Vakansiyaya dair tələblər
Əsas vəzifə və öhdəliklər: • Müxtəlif auditoriyalara uyğun təlim metodlarının seçilməsi və tətbiqi; • Keçiriləcək müvafiq təlim və təlimatlar barədə aidiyyəti üzrə işçi heyətinin müvafiq qaydada melumatlandırılmasını təmin etmək; • Vizuallar, praktiki nümunələr və interaktiv üsullardan istifadə edərək təlimlərin daha təsirli və yadda qalan formada çatdırılması; • İştirakçıların fəallığını artırmaq üçün motivasiyaedici ünsiyyət və qrup işləri təşkil etmək bacarığı; • Fərqli səviyyələrdə olan işçilərlə (işçi, mühəndis, menecer) effektiv ünsiyyət qurmaq və ehtiyaclarına uyğun məlumatı çatdırmaq; • İllik və aylıq təlim planlarının hazırlanması, təlim cədvəllərinin tərtibi və icrasının effektiv şəkildə təşkili; • Təlimlərin nəticələrinin qiymətləndirilməsi, iştirakçı performansının analizi və hesabatların hazırlanması; • Fəaliyyət göstəricilərinə əsaslanaraq SƏTƏM təlimlərinin keyfiyyətinin və effektivliyinin artırılması istiqamətində təşəbbüslərin verilməsi; • Struktur şöbə və bölmə rəhbərlərinin ve cavabdeh şəxslər tərəfindən aidiyyəti üzrə işçi heyətə keçirilmiş İş yerində təlimatların keçirilməsinə və qeydiyyatlarının aparılmasına aylıq nəzarət etmək; • Səlahiyyətləri çərçivəsində əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə müvafiq təlimatların hazırlanmasında iştirak etmək; • Əməyin mühafizəsi və texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahəsi üzrə Cəmiyyətdaxili təlim proqramının hazırlanması və icrasını təmin etmək; • Keçirilən təlimlər barədə müvafiq təlim materiallarını eləcə də, test suallarını hazırlamaq və aidiyyəti üzrə teqdim etmək; • Keçirilmiş müvafiq təlimlər ilə bağlı elektron və yazılı məlumat bazasının yaradılması və bu məlumatların mütəmadi olaraq yenilənməsini təmin etmək; • Əməyin mühafizəsi və texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahəsi üzrə Cəmiyyətdaxili təlim proqramına uyğun olaraq keçirilmiş təlimlərin effektliliyini səlahiyyətləri çərçivəsində yoxlamaq; • Struktur bölmələrdə zəruri olan təlimatlandırmaların keçirilməsi, təlimat jurnallarını yoxlamaq; • Səlahiyyətləri çərçivəsində işçilərin əməyin mühafizəsi, ətraf mühit, elektrik təhlükəsizliyi, yanğından mühafizə üzrə təlimi və biliklərinin yoxlanılması işini təşkil etmək; • SƏTƏM üzrə digər mütəxəssislərlə əməkdaşlıq etmək və ortaq məqsədlərə nail olmaq üçün komanda şəklində işləmək bacarığı olmalı; • İşçilərin təhlükəsizliyə dair şüurunu formalaşdırmaq və onları davamlı olaraq maarifləndirmək bacarığı; • Qanunvericilik aktları və normativ sənədlərlə işləmək bacarığı olmalı.
Tələb olunan bilik, bacarıq və səriştələr: • Azərbaycan dili səlis, Rus və İngilis dilləri yaxşı səviyyədə; • Microsoft Office proqramları üzrə biliklər; • Müvafiq qanunvericilik aktlarını və normalarını bilməli; • Beynəlxalq ISO 45001,9001,14001 Standartlarının tələblərini bilməli; • Təlim metodologiyası bilikləri olmalı; • Təlimçilər üçün təlim sertifikatı olmalı; • Beynəlxalq təlim standartlarından məlumatlılıq və praktiki təcrübə olmalı; • Davranış Əsaslı Təhlükəsizlik İdarəetmə (BBSM) təlim proqramı ilə praktiki təcrübə olmalı; • Fərqli təlim metod bilikləri və praktiki təcrübəsi olmalı; • Auditoriya ilə işləmə bacarığı olmalı; • İştirakçılarla ünsiyyət zamanı dəqiq, aydın və lokanik olmalı; • Heyətin təlim ehtiyaclarının qiymətləndirilməsi və ölçülməsi bacarmalı; • Effektiv kommunikasiya, Korporativ ünsiyyət, Əməkdaşlıq, Məsuliyyətlilik, Davamlı inkişaf, Nəticə yönümlülük, Təşəbbüskarlıq, Çeviklik, Problem həlletmə bacarıqları.
Tələb olunan təhsil və iş təcrübəsi: • Ali təhsil (müvafiq sahə üzrə) ; • NVQ Level 4 xarici sertifikasiyası təhsili; • Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi.
İş qrafiki: • Növbəli iş rejimi.
Əmək haqqı və əlavə imtiyazlar: • Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. • Nəqliyyat xidməti. • Rəqabətli mükafatlandırma sistemi.