SƏTƏM üzrə təlimçi / Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühit şöbəsi / Çovdar inteqrəolunmuş regional emal sahəsi

Vakansiyaya dair tələblər

Əsas vəzifə öhdəlikləri:

• Müxtəlif auditoriyalara uyğun təlim metodlarının seçilməsi və tətbiqi;
• Keçiriləcək müvafiq təlim və təlimatlar barədə aidiyyəti üzrə işçi heyətinin müvafiq qaydada məlumatlandırılmasını təmin etmək;
• Vizuallar, praktiki nümunələr və interaktiv üsullardan istifadə edərək təlimlərin daha təsirli və yadda qalan formada çatdırılması;
• İştirakçıların fəallığını artırmaq üçün motivasiyaedici ünsiyyət və qrup işləri təşkil etmək bacarığı;
• Fərqli səviyyələrdə olan işçilərlə (işçi, mühəndis, menecer) effektiv ünsiyyət qurmaq və ehtiyaclarına uyğun məlumatı çatdırmaq;
• İllik və aylıq təlim planlarının hazırlanması, təlim cədvəllərinin tərtibi və icrasının effektiv şəkildə təşkili;
• Təlimlərin nəticələrinin qiymətləndirilməsi, iştirakçı performansının analizi və hesabatların hazırlanması;
• Fəaliyyət göstəricilərinə əsaslanaraq SƏTƏM təlimlərinin keyfiyyətinin və effektivliyinin artırılması istiqamətində təşəbbüslərin verilməsi;
• Struktur şöbə və bölmə rəhbərlərinin ve cavabdeh şəxslər tərəfindən aidiyyəti üzrə işçi heyətə keçirilmiş İş yerində təlimatların keçirilməsinə və qeydiyyatlarının aparılmasına aylıq nəzarət etmək;
• Səlahiyyətləri çərçivəsində əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə müvafiq təlimatların hazırlanmasında iştirak etmək;
• Əməyin mühafizəsi və texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahəsi üzrə Cəmiyyətdaxili təlim proqramının hazırlanması və icrasını təmin etmək;
• Keçirilən təlimlər barədə müvafiq təlim materiallarını eləcə də, test suallarını hazırlamaq və aidiyyəti üzrə teqdim etmək;
• Keçirilmiş müvafiq təlimlər ilə bağlı elektron və yazılı məlumat bazasının yaradılması və bu məlumatların mütəmadi olaraq yenilənməsini təmin etmək
• Əməyin mühafizəsi və texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahəsi üzrə Cəmiyyətdaxili təlim proqramına uyğun olaraq keçirilmiş təlimlərin effektliliyini səlahiyyətləri çərçivəsində yoxlamaq;
• Struktur bölmələrdə zəruri olan təlimatlandırmaların keçirilməsi, təlimat jurnallarını yoxlamaq;
• Səlahiyyətləri çərçivəsində işçilərin əməyin mühafizəsi, ətraf mühit, elektrik təhlükəsizliyi, yanğından mühafizə üzrə təlimi və biliklərinin yoxlanılması işini təşkil etmək;
• SƏTƏM üzrə digər mütəxəssislərlə əməkdaşlıq etmək və ortaq məqsədlərə nail olmaq üçün komanda şəklində işləmək;
• İşçilərin təhlükəsizliyə dair şüurunu formalaşdırmaq və onları davamlı olaraq maarifləndirmək.
• Giriş təlimatı, dövri təlim, mövzu üzrə xüsusi təlimlər və maarifləndirici sessiyalar keçirmək;
• Təlim proqramları, təqdimatlar, təlim materialları, test sualları və praktiki tapşırıqlar hazırlamaq;
• Təlim iştirakçılarının bilik və səriştəsini test, müsahibə və praktiki qiymətləndirmə vasitəsilə müəyyən etmək;
• Təlimlərin effektivliyini qiymətləndirmək, nəticələri təhlil etmək və təkmilləşdirmə tədbirləri təklif etmək dır;
• Auditoriyanın bilik və təcrübə səviyyəsinə uyğun olaraq məlumatları aydın, praktik və anlaşılan formada çatdırmaq;
• Təlim jurnallarını, iştirak vərəqlərini, test nəticələrini və digər təlim qeydlərini düzgün aparmaq.

Tələb olunan biliklər və bacarıqlar:

• Azərbaycan dili (səlis), İngilis dili (səlis), Rus dili (səlis).
• MS Office proqramlarını, xüsusilə PowerPoint, Word və Excel proqramlarını yaxşı səviyyədə bilməlidir;
• Beynəlxalq təlim standartlarından məlumatlılıq və praktiki təcrübə olmalıdır;
• Davranış Əsaslı Təhlükəsizlik İdarəetmə (BBSM) təlim proqramı ilə praktiki təcrübə olmalıdır;
• Fərqli təlim metod bilikləri və praktiki təcrübəsi olmalıdır;
• Auditoriya ilə işləmə bacarığı olmalıdır;
• Heyətin təlim ehtiyaclarının qiymətləndirilməsi və ölçülməsi bacarmalıdır;
• Yüksək təqdimat, auditoriyanı idarəetmə, ünsiyyət və izah etmə bacarıqlarına malik olmalıdır.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Ali təhsil;
• Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi
• Minimum 5 illik müvafiq SƏTƏM təcrübəsi

İş qrafiki:

• Növbəli

Əmək haqqı və əlavə imtiyazlar:

• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
• Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
• Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
• Nəqliyyat xidməti.
• Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar