Əsas vəzifə öhdəlikləri: • Cəmiyyətin sistem və şəbəkə inzibatçılığı sektoruna aid texniki tapşırıqların hazırlaması prosesin təşkili və nəzarəti. • Cəmiyyətin sistem və şəbəkə inzibatçılığı sektoruna aid sənədləşmə və prosedurların yazilması, habelə prosesin təşkili və nəzarəti. • Cəmiyyətin elektron informasiya sistemlərinin və elektron informasiya ehtiyatlarının kənar müdaxilələrdən qorunması ilə bağlı qarşılıqlı fəaliyyətdə iştirak. • Cəmiyyətin mövcud sistem xarakterli avadanlıqlarının dayanıqlı işini təmin etmək və onlarda yaranan problemləri aradan qaldırmasında əsas işin icrası, habelə prosesin təşkili və nəzarəti. • Cəmiyyətin mövcud sistem xarakterli avadanlıqların quraşdırması, tənzimləməsi və yenilənməsi proceslərində əsas işin icrası, habelə prosesin təşkili və nəzarəti. • Sektorun fəaliyyətinin təşkili ilə əlaqədar əməkdaşlar arasında iş bölgüsü aparmaq, onların fəaliyyətini əlaqələndirmək, əmək və icra xidmət intizamına riayət edilməsinə nəzarət etmək; • Sektorun strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində səlahiyyətləri daxilində təkliflər vermək.
Tələb olunan biliklər və bacarıqlar: • Dil bilikləri: Azərbaycan dili səlis, İngilis və Rus dili yaxşı səviyyədə tələb olunur; • High availability sistemləri ilə iş təcrübəsi; • Windows Server 2012-2025 (GPO, DNS, DHCP, AD, WSUS, RADIUS, LAPS və s.) üzrə administrator səviyyəsində dərin biliklər; • Linux Servers (Ubuntu, CentOS etc.) – üzrə administrator səviyyəsində biliklər; • Hypervisor (ESXi, VCSA)– üzrə administrator səviyyəsində dərin biliklər; • CCNA səviyyəsində praktiki və nəzəri biliklər; • Monitoring alətləri üzrə təcrübə - Zabbix, ADAudit və s.; • Backup sistemləri üzrə, ən azı biri ilə iş təcrübəsi - Veeam Backup & Replication/Nakivo və s. • Mail serverləri ilə iş təcrübəsi – Exchange on Prem, Exchange Online və s.; • Microsoft 365, SharePoint Online ilə iş təcrübəsi; • PowerShell üzrə script yazma təcrübəsi; • Corporate AV serverləri ilə təcrübə, ən azı biri ilə iş təcrübəsi - Kaspersky Endpoint Security, ESET Endpoint, Dr.Web Enterprise Security; • Hardware səviyyəsində fiziki serverlərnən, ən azı biri ilə iş təcrübəsi - HPE ProLiant, Lenovo, DELL enterprise servers və s. • Firewall (PA/FortiGate/Cisco), L2/L3 switch (Cisco, HP), router üzrə təcrübə; • Corp. wireless systemləri üzrə təcrübə - UniFi, Cisco, Fortigate; • Şəbəkə avadanlıqları ilə işləmə bacarığı; • Şəbəkə təhlükəsizliyi üzrə biliklər; • LAN/WAN, VPN texnologiyaları üzrə mükəmməl biliklər; • Şəbəkə avadanlıqlarının istehsalçı firmalarının (Cisco, Fortigate, Dell, HP və s.) məhsulları haqqında bilik və təcrübə; • IP-PBX üzrə dərin biliklər • Qeyd olunan sertifikatlardan əz azı biri: MCSA, MCP, RHCSA; VCP; CCNA • Korporativ ünsiyyət, Əməkdaşlıq, Məsuliyyətlilik, Davamlı inkişaf, Nəticə yönümlülük, Təşəbbüskarlıq, Təşkilatı anlama, Çeviklik, Problem həlletmə bacarıqları.
Tələb olunan təhsil və iş təcrübəsi: • Ali təhsil (İT üzrə aidiyyatı təhsil arzuolunandır). • Müvafiq sahə üzrə, sistem və ya şəbəkə inzibatçısı kimi ən az 3 il; • İT sahəsində iş təcrübəsi müddəti ən az 5 il.
İş qrafiki: • Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar: • Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. • Nəqliyyat xidməti. • Rəqabətli mükafatlandırma sistemi.