Sıyırma operatoru / CİL zavodu

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Vakansiyaya dair tələblər:

• İş ərazisində səliqə-səhman təmin etmək və növbəti növbəyə tam təhvil vermək;
• İşlədiyi ərazi üzrə bütün avadanlıqların məqsədə uyğun və növbə nəzarətçisi tərəfindən verilmiş təlimatlara uyğun şəkildə istifadə edilməsini eləcə də qarışdırıcıların, nasosların, istilik dəyişdiricilərin, qızdırıcıların, sobaların və elektroliz vannalarının düzgün işləməsinə nəzarət etmək və yarana biləcək problemlər barəsində növbə nəzarətçisinə məlumat vermək;
• Xüsusilə əməliyyatlar zamanı baş verə biləcək qəfil dəyişiklikləri görüb müdaxilə etmək, lazımlı məlumatları növbə nəzarətçisinə və nəzarət otağı operatoruna ötürmək;
• HCN (hidrogen sianid), SO2) (kükürd dioksidi və NH3 (ammonyak) kimi qazların səviyyəsini müntəzəm ölçmək;
• Turşu ilə yuma prosesi olacağı təqdirdə yüklənmiş kömürü turşu yuma çəninə ötürmək və prosesi prosedura uyğun təmin etmək, təzyiq, axın sürəti, pH və temperatur parametrlərini ölçərək nəzarətdə saxlamaq;
• Turşu yuma məhlulunun lazımi konsentrasiyada hazırlanmasını və turşu yuma çənindəki kömürün soyuq sıyırma çəninə ötürülməsini təmin etmək;
• Soyuq sıyırma çənindəki kömürün desorbsiya çəninə ötürülməsini təmin etmək;Soyuq sıyırma məhlulunun lazımi konsentrasiyada hazırlanmasını, soyuq sıyırma prosesinə nəzarəti, nümunələrin götürülüb laboratoriyaya verilməsini, eləcə də soyuq sıyırma çənindəki kömürün desorbsiya çəninə ötürülməsini təmin etmək;
• Qızıl sıyırma məhlulunun lazımi konsentrasiyada hazırlanmasını təmin etmək, desorbsiya prosesinə nəzarət etmək, məhluldan nümunələr götürərək laboratoriyaya təqdim olunmasını təşkil etmək, proses başa çatdıqdan sonra isə kolonun soyudulmasını həyata keçirmək və kömürü regenerasiya sobasının bəsləməsinə ötürərək sobanı işə salmaq;
• Regenerasiya sobasını prosedura uyğun olaraq işə salmaq, avadanlığa baxış keçirmək və regenerasiya prosesi başa çatdıqdan sonra kömürün təzə kömür çəninə, oradan isə CİL-8 çəninə ötürülməsini təmin etmək;
• ADR sahəsindəki toztutma bölməsinin işləməsini təmin etmək, parametrləri yoxlayaraq dəyişənləri növbə nəzarətçisinə bildirmək;
• Mütəmadi olaraq elektroliz hücrələrinin giriş və çıxış hissələrindən nümunə götürərək kimyəvi laboratoriyaya göndərilməsini təmin etmək;
• Elektroliz prosesinə nəzarət etmək, elektroliz prosesinin parametrlərinin qeydiyyatını aparmaq, mütəmadi olaraq voltaj və amperajı nəzarətdə saxlamaq və ehtiyac yarandıqda parametrləri dəyişərək növbə nəzarətçisinə məlumat vermək;
• Təzə karbon çəninə karbon əlavə edərək karbon yuyulmasını təmin etmək, yuyulmuş karbonu aktivləşdirilmiş karbon çəninə ötürmək;
• Nasosları təimata uyğun şəkildə işlətmək və ehtiyat nasosların təmizliyini təmin etmək;
• Antiskalant doza tənzimləmə nöqtələrini və dozanın istənilən miqdarda olmasını nəzarət etmək və lazımi dozanı təmin etmək;
• Press filter kömürlə dolduğu zaman, növbə nəzarətçisini göstərişi ilə açıb təmizləmək və çıxan kömürləri kisələrə doldurmaq;
• Qarışdırıcılarda və nasoslarda edilən texniki qulluq və təmir işlərinə dəstək göstərmək;
• Dəyirmanların astar və lifterlərinin dəyişdirilməsi, yenilənməsi və təmir olunması proseslərində iştirak etmək;
• Ehtiyac olduğu təqdirdə qırıcı, dəyirman, çökdürücü çənlər, çəndə qələviləşdirmə, detoks, kimyəvi hazırlama və nəm tullantı hovuzu sahələrindən hər hansı birində növbə nəzarətçisi tərəfindən verilmiş tapşırığı yerinə yetirmək;
• İstehsalatın proses parametrlərinə uyğun ən yüksək performansla işləməsini təmin etmək;
• Zavodun işə düşmə və dayandırma hallarda, əməliyyat ardıcıllığını bilmək üzərinə düşən vəzifəni məhsuliyyətlə icra etmək
• Növbə təhvil-təslimini yerində və zamanında əksiksiz bir şəkildə etmək;
• Lazımi təlimatları oxumaq, anlamaq və tətbiq etmək.

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Əməkdaşlıq, Məsuliyyətlilik, Çeviklik;
• Fərdi mühafizə vasitələrindən düzgün istifadə etmək bacarığı.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Orta-ixtisas və ya peşə təhsili (yaxın və uyğun texniki istiqamətlər üzrə).
• Müvafiq və yaxın sahə üzrə 1 il iş təcrübəsi üstünlükdür.

İş qrafiki:

• Növbəli iş

Əmək haqqı və əlavə imtiyazlar:

• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
• Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
• Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
• Nəqliyyat xidməti.
• Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar