• Qısamüddətli, ortamüddətli və uzunmüddətli dağ mədən planlarının hazırlanması və icrasına nəzarət təcrübəsi; • Mədən dizaynlarının, hasilat ardıcıllığının, qazma-partlama və yükdaşıma proseslərinin qiymətləndirilməsi; • Filiz və tullantı süxurlarının hasilatı və daşınma həcmlərinin planlaşdırılması, təhlili və optimallaşdırılması; • Daşıma məsafələrinin, texnika məhsuldarlığının və yanacaq sərfiyyatının təhlili əsasında mədən əməliyyat xərclərinin optimallaşdırılması; • Tərəzi məlumatları ilə markşeyder ölçmələrinin üzləşdirilməsi, yaranan fərqlərin təhlili və material hərəkəti balansının hazırlanması; • Faktiki istehsal göstəricilərinin mədən planı və büdcə ilə müqayisəli təhlili, kənarlaşmaların səbəblərinin müəyyənləşdirilməsi və düzəldici tədbirlərin hazırlanması; • İstehsalat əməliyyatlarının yerli və beynəlxalq standartlara, habelə Cəmiyyətin daxili prosedurlarına uyğunluğuna nəzarət etmək; • Şöbənin fəaliyyəti çərçivəsində dağ-mədən, emal və hasilat sahələrinin büdcə sifarişlərinin və normativlərin hazırlanması və icrasına nəzarət etmək; • Emal və hasilatla bağlı təkmilləşdirmə layihələri üzrə təşəbbüslərin hazırlanması və həyata keçirilməsinə nəzarət etmək; • Rəhbərlik tərəfindən verilən tapşırıqların icrasına operativ nəzarət və hesabatlılığı təşkil etmək; • Şöbənin fəaliyyəti çərçivəsində imzalanmış müqavilələrin icrasına nəzarət etmək; • İstehsal sahələrində aparılan optimallaşdırma ilə bağlı məsləhətçilər ilə işlərin koordinasiyası, hesabatlılığın təşkil edilməsi; • Şöbənin fəaliyyəti çərçivəsində təsdiqlənmiş fəaliyyət planlarının icrasına nəzarət və yeni layihələrin idarəolunmasında aktiv iştirak etmək; • Müvafiq dövrlər üzrə şöbənin fəaliyyəti ilə bağlı hesabatlar hazırlanmasına rəhbərlik etmək;
Tələb olunan bilik, bacarıq və səriştələr:
• Microsoft Office proqramlarını mükəmməl bilmək, mədən planlaşdırılması proqramlarından — Datamine, Surpac, Micromine, Deswik və ya analoji proqramlardan istifadə bacarığı; • Dil bilikləri: Azərbaycan dili səlis, İngilis dili və Rus dili yaxşı səviyyədə tələb olunur; • Liderlik, innovativlik, strateji düşüncə, kommunikasiya, problem həll etmə, qərarvermə , nəticəyönümlülük, dəyişikliklərin idarə edilməsi bacarıqları tələb olunur.
Tələb olunan təhsil və iş təcrübəsi:
• Müvafiq sahə üzrə ali təhsil tələb olunur; Geologiya və ya Dağ-mədən mühəndisliyi ixtisasına malik namizədlərə üstünlük veriləcək. • Müvafiq sahə üzrə 3 il iş təcrübəsi,.
İş qrafiki:
• Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. • Nəqliyyat xidməti. • Rəqabətli mükafatlandırma sistemi.