Şöbə müdiri / Dağ-mədən və emal sahələrinin idarəedilməsi şöbəsi
Vakansiya aktiv deyil
İş yeri:
Bakı şəhəri
İş növü:
tam
Vakansiya sayı:
1
Son müraciət tarixi:
23.09.2024
Yenilənmə tarixi:
28.08.2024
Vakansiyaya dair tələblər
Məsuliyyət: Dağ-mədən və emal sahələrinin İdarəedilməsi şöbəsinin müdiri: qızıl,gümüş ,mis və digər dəyərli nəcib metalların təhlükəsiz, səmərəli və gəlirli çıxarılmasını təmin edərək, istehsalat vahidlərinin ümumi idarə olunmasına və rəhbərliyinə cavabdehdir və bütün tənzimləyici və ekoloji tələblərə əməl edilməsini təmin etməli. Vəzifənin məqsədi Cəmiyyətin öz və nəzarəti altında olan əməliyyat və istehsalat aktivlərinin və sahələrinin davamlı rentabelliyini və gəlirliliyini təmin etmək üçün uzunmüddətli strategiyaları planlaşdırmaq və həyata keçirməkdir.
Əsas vəzifə və öhdəliklər: • Cəmiyyətin Hasilat və Emal sahələri üzrə davamlı rentabelliyini və gəlirliliyini təmin etmək üçün uzunmüddətli strategiyaların planlaşdırılması və həyata keçirilməsi; • Hasilat sahələri və Emal zavoodlarının fəaliyyətləri üçün zəruri olan materialların, avadanlıqların və xidmətlərin alınmasını idarə etmək; • Müntəzəm olaraq performans qiymətləndirmələri aparmaq və mədən və onun heyətinin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyələr vermək; • Bütün heyətin müvafiq təlimlərdən keçməsini və bu təlimlərin vaxtında yenilənməsini təmin etmək; • Əməliyyat Podrtaçıları və tədarükçülər kimi əsas tərəfdaşlarla əlaqələri idarə etmək; • Mədən əməliyyatları ilə əlaqəli riskləri minimuma endirmək üçün risk idarəetmə strategiyalarını inkişaf etdirmək və tətbiq etmək; • Bütün işçilər üçün təhlükəsiz iş mühiti təmin etmək məqsədi ilə sağlamlıq və təhlükəsizlik siyasət və prosedurlarının inkişafını və tətbiqini təmin etmək; • Mədən əməliyyatlarının səmərəliliyini artırmaq, xərcləri azaltmaq və məhsuldarlığı artırmaq üçün səyləri idarə etmək; • Cəmiyyəti sənaye tədbirlərində, konfranslarda və digər ictimai forumlarda təmsil etmək; • Mədənin büdcə çərçivəsində fəaliyyət göstərdiyini və maliyyə hədəflərinə çatdığını təmin etmək üçün müntəzəm maliyyə təhlili aparmaq; • Problemlərin vaxtında müəyyən edilməsi və həll edilməsi üçün bütün tərəfdaşlarla effektiv kommunikasiyanın təmin olunmasını təmin etmək; • Mədən əməliyyatlarının ətraf mühitə təsirini minimuma endirmək üçün ətraf mühit və dayanıqlıq proqramlarının həyata keçirilməsinə nəzarət etmək; • Müvafiq qanunvericilik, qaydalar və sənaye standartlarına tam riayət olunmasını təmin etmək; • Mədən əməliyyatları ilə əlaqəli korporativ siyasət və prosedurların inkişafında və tətbiqində iştirak etmək; • Xərc idarəetmə məsələlərini nəzərdən keçirmək və təkmilləşdirmələr müəyyən etmək; • Şöbənin büdcəsini hazırlamaq,idarə etmək və təkmilləşdirmə təklifləri vermək.
Tələb olunan bilik, bacarıq və səriştələr: • Microsoft Office və ERP proqramlarında işləmək bacarığı; (Surpac, Datamine proqramları arzuolunandır.) • Dil bilikləri: Azərbaycan dili səlis, İngilis dili və Rus dili yaxşı səviyyədə tələb olunur; • Liderlik, strateji düşüncə, kommunikasiya, problem həll etmə, qərarvermə , nəticəyönümlülük, dəyişikliklərin idarə edilməsi və analitika bacarıqları tələb olunur; • Kəşfiyyat, istehsal və emal daxil olmaqla mədən əməliyyatları haqqında geniş biliklər; • Müvafiq sahə üzrə qanunlar, qaydalar və təhlükəsizlik standartları haqqında biliklər; • Mədən sənayesindəki yeniliklər, inkişaflar və ən yaxşı təcrübələr haqqında məlumatlı olmaq; • Şöbənin maliyyə göstəricilərini anlamaq, büdcəni idarə etmək üçün maliyyə savadlılığı.
Tələb olunan təhsil və iş təcrübəsi: • Mədən mühəndisliyi və ya əlaqəli sahədə ali təhsil. (MBA arzuolunandır) • Müvafiq və ya yaxın sahələrdə 7 ildən çox iş təcrübəsi, İdarəetmə üzrə minimum 5 il iş təcrübəsi tələb olunur.
Əlavə tələblər: • Müxtəlif emal və zənginləşdirmə texnoloqiyaları ilə işləmə təcrübəsi. (Topa gələviləşdirmə,Çəndə gələviləşdirmə,Albion,BİOX və sair) • Xidməti podrtaçıları və tədarükçülər kimi əsas tərəfdaşlarla əlaqələri idarə etmək təcrübəsi. • Risk idarəetmə strategiyalarının və ekoloji idarəetmə planlarının hazırlanması və tətbiqi təcrübəsi.
İş qrafiki: * Əməkdaşın iş qrafiki həftə ərzində 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar: * Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. * Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. * Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. * Nəqliyyat xidməti. * Rəqabətli mükafatlandırma sistemi.