Şöbə müdiri / Dağ-mədən və hasilat sahələrinin koordinasiyası şöbəsi
Vakansiya aktiv deyil
İş yeri:
Bakı şəhəri
İş növü:
Tam ştat
Vakansiya sayı:
1
Son müraciət tarixi:
15.12.2022
Yenilənmə tarixi:
23.01.2023
Vakansiyaya dair tələblər
Əsas vəzifə və öhdəliklər: Şöbənin fəaliyyətini təşkil etmək, iş bölgüsü aparmaq və ona rəhbərlik etmək; Şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədləri təsdiq etmək, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin icra edilməsinə nəzarət etmək; Cəmiyyətin hasilat sahələrində şöbəyə tabe olan bölmələrin işinin təşkilinə nəzarətin təşkil edilməsini təmin etmək; Cəmiyyətin hasilat sahələrində istehsalat fəaliyyətinə dair hesabatların hazırlanmasına nəzarət etmək; Cəmiyyətin sifarişi əsasında hasilat sahələrində fəaliyyət göstərən yerli və xarici podratçı, subpodratçı və digər şirkətlərlə sağlam əlaqələrin qurulması və onların fəaliyyətinə nəzarəti təşkil etmək; Cəmiyyətin hasilat sahələrində fəaliyyətin təkmilləşdirilməsi istiqamətində rəhbərliyə təkliflər vermək və təsdiqlənmiş təkliflərin həyata keçirilməsi, icrasına nəzarəti təşkil etmək; Cəmiyyətin istehsalata dair mühəndislik, təmir tikinti işləri üzrə layihələrinin hazırlanlanmasında iştirak etmək və təkliflər vermək; Vaxtaşırı rəhbərlik üçün tapşırıqların icrasının gedişi haqqında informasiya hazırlanmasını təmin etmək; Müvafiq dövrlər üzrə şöbənin fəaliyyəti ilə bağlı hesabatlar hazırlanmasına rəhbərlik etmək;
Tələb olunan bilik, bacarıq və səriştələr: Hasilat sahələrinin idarəedilməsi prinsip və mexanizmlərini bilməli. Qərar qəbul etmə və üzərinə məsuliyyət götürmə, vəzifə öhdəlikləri üzrə mövqeyini izah və müdafiə etmək bacarıqlarına malik olmaq. Ünsiyyət qurma, yeni ideyalar irəli sürmə və tətbiq etmə bacarıqları,liderlik bacarıqlarına malik olmaq. Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), Rus və İngilis dili (yaxşı), Microsoft Office proqramlarını mükəmməl bilmək. Mühəndislik proqram təminatları (Autocad, Gemcom, Surpac və s.) ilə tanışlıq arzuolunandır.
Tələb olunan təhsil və iş təcrübəsi: Dağ-mədən, geologiya və ya digər aidiyyatı sahələr üzrə ali təhsil tələb olunur. Minimum 5 il müvafiq sahələr üzrə iş təcrübəsi tələb olunur.
İş qrafiki: İş saatları: 09:00 – 18:00; Nahar fasiləsi: 13:00-14:00 Şənbə və Bazar istirahət günüdür.