Şöbə müdirinin müavini / Hüquq şöbəsi

Vakansiyaya dair tələblər

* Şöbənin ümumi fəaliyyətinin təşkilində iştirak etmək və təkmilləşdirilməsi üzrə şöbə müdirinə təkliflər vermək;
* Şöbənin ümumi fəaliyyətinin həyata keçirilməsi istiqamətində tapşırılmış işlərin düzgün təşkil və icra olunmasını təmin etmək;
* Şöbəyə daxil olmuş sorğu, əmr, qərar layihələrinin və digər sənədlərin icrasını daim nəzarətdə saxlamaq və şöbə müdirini mütəmadi məlumatlandırmaq, öz səlahiyyətlərinə aid olanlara münasibətdə icra etmək;
* Tapşırıq əsasında, Cəmiyyətin fəaliyyətinin həyata keçirilməsi ilə əlaqəli müqavilələrin, əqdlərin, memorandum və bu qəbildən olan digər sənədlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə hazırlanması,yoxlanılması, o cümlədən müqavilələrin idarəçiliyi bağlı müvafiq işlərin həyata keçirilməsində iştirak etmək;
* Şöbənin səlahiyyətinə aid edilmiş məsələlər üzrə dövlət orqanı/qurumlarından, daxil olan məktub, sorğu və təkliflərin qanunvericiliklə müəyyən edilmiş müddətdə araşdırılmasını təmin etmək və zəruri hallarda nəticələrinə dair şöbə müdirinə məruzələr etmək;
* Tapşırıq əsasında baxış üçün təqdim edilmiş Cəmiyyətdaxili İMS sənədlərinin layihələrinin qanunvericiliyin və Cəmiyyətdaxili normativ sənədlərin tələblərinə uyğun tərtib edilməsini yoxlamaq, bu istiqamətdə rəy bildirmək;
* Azərbaycan Respublikasının yurisdiksiyasında olan məhkəmələrdə,o cümlədən dövlət orqanlarında və digər idarə, müəssisə və təşkilatlarda səlahiyyətləri çərçivəsində Cəmiyyətin qanuni manafeylərinin müdafiəsinin həyata keçirilməsininin təmin edilməsində iştirak etmək;
* Dövlət orqanı/qurumlarından daxil olmuş qanun layihələri və digər normativ aktların layihələrinə, dəyişikliklərə baxış keçirilməsi, qanunvericiliyin tələbləri və Cəmiyyətin mövqeyi nəzərə alınmaqla, təkliflərin verilməsi, müxtəlif normativ aktların layihələrinin hazırlanmasını təşkil olunmasında iştirak etmək;
* Qanunvericilikdə baş verən yeniliklər üzrə əlavə və dəyişikliklərə dair qanunvericilik buraxılışlarını yoxlamaq və yekun halda şöbə müdirinə təqdim edilməsini təmin etmək;
* Tapşırıq əsasında Cəmiyyətin fəaliyyəti üzrə hüquqi ekspertizaların aparılmasında, hüquqi risklərin dəyərləndirilməsi üzrə zəruri tədbirlərin icrasının təmin edilməsində iştirak etmək;
* Cəmiyyətin İdarə Heyətinə təqdim edilməsi nəzərdə tutulan qərar, əmr, məktub, hüquqi akt və oxşar məzmunlu digər sənəd layihələrinin hazırlanmasının, baxış üçün təqdim edilmiş bu qəbildən olan sənədlərin yoxlanılmasını təşkil olunmasında və layihələrə münasibət bildirməsində iştirak etmək;
* Müxtəlif sahələr üzrə qanunvericiliyin tələblərinə dair Arayışlara baxış keçirtmək, təkliflər vermək və şöbə müdirinə təqdim edilməsi üçün razılaşdırmaq;
* Daxil olmuş sorğular əsasında Cəmiyyətin struktur bölmələrinə qanunvericiliyin və Cəmiyyətin Nizamnaməsinin tətbiqi ilə əlaqədar hüquqi yardım göstərmək və ya belə yardımın göstərilməsinə iştirak etmək;
* Şöbənin fəaliyyəti ilə əlaqədar müvafiq hesabatların hazırlanaraq şöbə müdirinə, müəyyən edilmiş hallarda isə aidiyyəti üzrə təqdim etmək;
* Hesabatlılığın təmin edilməsi məqsədi ilə müxtəlif məzmunlu reyestrlərin və bu qəbildən olan digər sənədlərin icra edilməsinə nəzarət etmək;

Tələb olunan bilik, bacarıq və səriştələr:
* Microsoft Office proqramlarında işləmək bacarığı;
* Dil bilikləri: Azərbaycan, İngilis və Rus dilləri yaxşı səviyyədə tələb olunur.
* Məsuliyyət, Əməkdaşlıq, İnnovativlik-öz üzərində çalışma, Dürüstlük, Nəticə yönümlülük, Təşəbbüskarlıq, Planlama, Çeviklik, Analiz və problem həll etmə, Liderlik.

Tələb olunan təhsil və iş təcrübəsi:
* Ali hüquq təhsili tələb olunur
* Müvafiq sahə üzrə təcrübə müddəti - ən azı 5 il, Ümumi təcrübə müddəti - ən azı 7 il, İdarəetmə təcrübəsi - ən azı 3 il.

İş qrafiki:
* Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.

Əmək haqqı və əlavə imtiyazlar:
* Əmək haqqı müsahibə əsnasında təyin olunur.
* Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
* Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
* Nəqliyyat xidməti.
* Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar