Şöbə müdirinin müavini / İnformasiya kommunikasiya texnologiyaları təminatı şöbəsi
Vakansiya aktiv deyil
İş yeri:
Bakı şəhəri
İş növü:
Tam
Vakansiya sayı:
1
Son müraciət tarixi:
13.03.2026
Yenilənmə tarixi:
07.04.2026
Vakansiyaya dair tələblər
Vakansiyaya dair tələblər:
• Hazırda istifadə olunan infrastrukturun səmərəli olmasını təmin etmək və lazım olduqda dəyişikliklər etmək; • Cəmiyyətin İT inkişaf siyasətinin formalaşdırmasında iştirak etmək; • Texnoloji həllərinin Cəmiyyətdə tətbiq olunası istiqamətində inkişaf planının formalaşdırılmasını təmin etmək; • İstifadədə olan və tətbiq olunacaq texnoloji həllərin Cəmiyyətin qısa və orta müddətli ehtiyaclarına cavab verməsinin təmin edilməsi istiqamətində töhfə vermək; • Komanda üzvlərinin mentoru kimi fəaliyyət göstərmək; • İcra edilən İT layihələrinin idarə edilməsini təmin etmək; • Funksionallığı və səmərəliliyi təmin etmək üçün İT infrastrukturuna nəzarət etmək; • Kurasiyasında olan sektorlar üzrə səmərəli iş bölgüsünü təmin etmək; • Kurasiyasında olan sektor müdirləri üçün illik təlim və inkişaf planı hazırlamaq; • Cəmiyyətin informasiya sistemlərinə və onun fəaliyyətinə aid layihə sənədlərini, texniki tapşırıqların və xərclər smetasının hazrırlanmasını təmin etmək; • Şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq, habelə vəzifəsi üzrə verilən digər tapşırıqları yerinə yetirmək; • Lahiyyələrin effektiv icrasının, həmçinin, İT xidmətlərin xidmət səviyyəsinin və keyfiyyətinin artırılması məqsədi ilə Cəmiyyətin digər struktur bölmələri ilə işgüzar münasibətlərin təşkilini həyata keçirmək;
Tələb olunan bilik, bacarıq və səriştələr:
• Azərbaycan dili - səlis; İngilis dili - yaxşı , Rus dili - yaxşı; • Müxtəlif HA sistemləri, virtualizasiya sistemləri (VCSA/Hyper-V); • Windows və Linux server tipli ƏS, şəbəkə avadanlıqları (router, switch, ngfw); • Mail server (exchange, kerio); • Backup sistemləri (veeam, nakivo); • Korporativ AV sistemləri (ESET endpoint, symantec); • Rəqəmsal telefoniya (3CX, oktell, asterisk) sistemləri üzrə inzibatçı səviyyəsində dərin biliklər; • LAN/WAN, VPN texnologiyaları üzrə dərin biliklər; • Monitoring alətləri (zabbix, prtg, adaudit və s.) üzrə təcrübə. • Müvafiq sahə üzrə qeyd olunan sertifikatlar MCSA, MCP, RHCSA, VCP, CCNA, ITIL, COBİT arzuolunandır.
Tələb olunan təhsil və iş təcrübəsi:
• Ali təhsil - müvafiq sahə üzrə • Müvafiq sahə üzrə təcrübə müddəti: Minimum 3 il • Ümumi təcrübə müddəti: Minimum 5 il • İdarəetmə təcrübəsi: Minimum 2 il
İş qrafiki:
• Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. • Nəqliyyat xidməti. • Rəqabətli mükafatlandırma sistemi. • Korporativ nömrə. • Ay ərzində 2 dəfə hibrid iş rejimi. • Dəyişkən iş qrafiki. • Tibbi sığorta. • Parkinq.