Sosial media üzrə mütəxəssis / İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi / Marketinq və pərakəndə satış sektoru
Vakansiya aktiv deyil
İş yeri:
Bakı şəhəri
İş növü:
tam ştat
Vakansiya sayı:
1
Son müraciət tarixi:
18.12.2022
Yenilənmə tarixi:
15.12.2022
Vakansiyaya dair tələblər
Əsas vəzifə və öhdəliklər: • Şirkətin sosial şəbəkə hesablarının idarə edilməsi; • Sosial media üzrə təqvim hazırlamaq və məzmuna uyğun effektiv qrafik qurmaq; • Təsdiq edilmiş plan əsasında reklamların yerləşdirilməsi və izlənilməsi; • Korporativ standartlar əsas götürülməklə müştərilərin və izləyicilərin sosial mediadakı sorğularının cavablandırmaq; • Şirkətin sosial şəbəkə hesablarının aylıq nəticələri haqqında hesabatların hazırlanması; • Kampaniyalar və yeniliklərlə bağlı təkliflərin verilməsi, bu kampaniyaların reallaşdırılmasının təmin edilməsi.
Tələb olunan bilik, bacarıq və səriştələr: • Zövqlü və yaradıcı yanaşma qabiliyyəti; • Facebook Business Manager və Facebook Ads üzrə işləmək bacarığı; • Reklam strategiyası üzrə hədəfləmə bacarığı; • Dil bilikləri: Azərbaycan dili və rus dili (mükəmməl), İngilis dilini bilən namizədlərə üstünlük verilir; • Komputer bilikləri: Microsoft Ofis proqramları.
Tələb olunan təhsil və iş təcrübəsi: • Ali təhsil; • Sosial media mütəxəssisi vəzifəsi üzrə minimum 2 il iş təcrübəsi
İş qrafiki: İş saatları: 09:00 – 18:00; Nahar fasiləsi: 13:00-14:00 Şənbə və Bazar istirahət günüdür.