Sürücü / Nəqliyyat və inzibati işlər şöbəsi

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Əsas vəzifə öhdəlikləri:

• Təqdim edilən sifarişlərə əsasən, avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirmək;
• Avtonəqliyyat vasitəsinin təmir və profilaktik işlərinin aparılmasın ilə bilavasitə məşğul olmaq;
• Avtonəqliyyat vasitəsinin cari və profilaktik təmirinin, istismar şərtləri ilə nəzərdə tutulmuş texniki baxışlarının keçirilməsini təmin etmək;
• İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək;
• İstifadə etdiyi avtonəqliyyat vasitəsinin sıradan çıxdığı hallarda müvafiq aktların, digər sənədlərin tərtibatında və imzalanmasında iştirak etmək;

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Azərbaycan dili səlis;
• B kateqoriyalı sürücülük vəsiqəsi;
• Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu;
• Diqqətli, səbrli, məsuliyyətli, nizam-intizam.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Orta təhsil;
• Müvafiq sahə üzrə 2 il iş təcrübəsi.

İş qrafiki:

• Əməkdaşın iş qrafiki həftə ərzində 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.

Əmək haqqı və əlavə imtiyazlar:

• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
• Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
• Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
• Nəqliyyat xidməti.
• Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar