Sürücü / Nəqliyyat və inzibati işlər şöbəsi / ÇİRES-nin Nəqliyyat xidməti bölməsi
Vakansiya aktiv deyil
İş yeri:
Daşkəsən rayonu
İş növü:
Tam ştat
Vakansiya sayı:
1
Son müraciət tarixi:
20.09.2024
Yenilənmə tarixi:
23.09.2024
Vakansiyaya dair tələblər
Əsas vəzifə və öhdəliklər: • Təqdim edilən sifarişlərə əsasən, avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirmək; • Avtonəqliyyat vasitəsinin təmir və profilaktik işlərinin aparılması ilə bilavasitə məşğul olmaq; • Avtonəqliyyat vasitəsinin cari və profilaktik təmirinin, istismar şərtləri ilə nəzərdə tutulmuş texniki baxışlarının keçirilməsini təmin etmək; • İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək; • İstifadə etdiyi avtonəqliyyat vasitəsinin sıradan çıxdığı hallarda müvafiq aktların, digər sənədlərin tərtibatında və imzalanmasında iştirak etmək; • Əmək və istehsal intizamının, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına riayət etmək; • BC kateqoriyalı sürücülük vəsiqəsi.
Tələb olunan bilik, bacarıq və səriştələr: • Dil bilikləri: Azərbaycan dili ; • Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu; • Səbrli, diqqətli, məsuliyyətli və nizam-intizamlı; • BC kateqoriyalı sürücülük vəsiqəsi.
Tələb olunan təhsil və iş təcrübəsi: Orta təhsil Müvafiq sahə üzrə ən az 3 il iş təcrübəsi;
İş qrafiki: * Əməkdaşın iş qrafiki həftə ərzində 35 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 08:00-dan 17:00-a qədərdir. Nahar vaxtı saat 12:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar: * Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. * Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. * Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. * Nəqliyyat xidməti. * Rəqabətli mükafatlandırma sistemi.