Sürücü / Nəqliyyat və inzibati işlər şöbəsi / Söyüdlü (ZOD) qızıl yatağı
Vakansiya aktiv deyil
İş yeri:
Kəlbəcər rayonu
İş növü:
Tam ştat
Vakansiya sayı:
4
Son müraciət tarixi:
12.04.2026
Yenilənmə tarixi:
06.04.2026
Vakansiyaya dair tələblər
Əsas vəzifə öhdəlikləri:
• Təqdim edilən sifarişlərə əsasən, avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirmək; • Avtonəqliyyat vasitəsinin təmir və profilaktik işlərinin aparılması ilə bilavasitə məşğul olmaq; • Avtonəqliyyat vasitəsinin cari və profilaktik təmirinin, istismar şərtləri ilə nəzərdə tutulmuş texniki baxışlarının keçirilməsini təmin etmək; • İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək; • İstifadə etdiyi avtonəqliyyat vasitəsinin sıradan çıxdığı hallarda müvafiq aktların, digər sənədlərin tərtibatında və imzalanmasında iştirak etmək; • Əmək və istehsal intizamının, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına riayət etmək;
Tələb olunan bilik, bacarıq və səriştələr:
• Azərbaycan dili səlis ; • Səbrli, diqqətli, məsuliyyətli və nizam-intizamlı.
Tələb olunan təhsil və iş təcrübəsi:
• Orta təhsil. • Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi. • BC kateqoriyalı sürücülük vəsiqəsi. • Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu;
İş qrafiki:
• Əməkdaşın iş qrafiki həftə ərzində 35 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 08:00-dan 17:00-a qədərdir. Nahar vaxtı saat 12:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. • Nəqliyyat xidməti. • Rəqabətli mükafatlandırma sistemi.