Təmir işləri üzrə planlama mühəndisi / Çovdar filiz emalı sahəsi / Texniki xidmət bölməsi

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Əsas vəzifə və öhdəliklər:
* Qurğu və avadanlıqlar üçün planlı baxım cədvəlinin, iş sifarişlərinin yaradılması və bu işlərin izlənilib qeydlərin aparılması;
* Təhlükəsizlik, idarəetmə və istismar meyarlarını nəzərə alaraq planlaşdırılmış texniki təmir işlərinin həyata keçirilməsini planlamaq;
* Sahədə yer alan qurğuların və avadanlıqların saylarının və modellərinin təyini,onlar üçün illik ehtiyyat hissə sifarişlərinin yaradılması, təmir işlərinin görülməsi üçün lazım ola biləcək alət və məmulatları sifariş etmək;
* İllik istifadə edilə biləcək duru və qatı yağ sərfiyyatlarının hazırlanması, sifarişi və onların təyin edilmiş zamanda istifadəsini təmin etmək;
* Servis tələb olunan qurğu,avadanlıqlara illik servis xidmətlərinin və bu xidmətlər üçün iş həcmlərinin yaradılması,bu servislərin icra edildiyi zaman onun iş həcmlərinə uyğun görülməsinə nəzarət etmək;
* Verilmiş sifarişlərin çatdırılması zamanı bu sifarişlərin uyğunluğunun yoxlanılması, qəbul edilməsi və sifarişlər zamanı yarana biləcək texniki sualları cavablandırılması;
* Qüsur və nasazlıqların aradan qaldırılması üçün bu avadanlıqlara aid texniki məlumatları oxumaq və tədbirlərin görülməsini təmin etmək.
* Mexaniki təmir heyətinin fəaliyyətini izləmək,xidmətlərlə bağlı zəruri təlimatlar və lazım gəldikdə texniki dəstək göstərmək;
* Görülən planlı və plandan kənar aylıq təmir işləri ilə bağlı qeydlərin aparılması,aparılan qeydlərin analiz edilməsi və müvafiq təmir qərarlarını vermək.

Tələb olunan bilik, bacarıq və səriştələr:
* Microsoft office, AutoCAD, Primavera və digər planlama proqramlarında işləmək bacarığı.
* Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis dili (yaxşı), Rus dili arzuolunandır.
* Komanda ruhu, təşkilatçılıq, ünsiyyət bacarıqları, şəxsi və peşəkar inkişafa yönümlülük.
* Avadanlıqların iş prinsipini və hissələri barəsində məlumatlı olmaq (əlvan metalların istehsalı)
* Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarını bilməlidir.

Tələb olunan təhsil, iş təcrübəsi:
* Mexanika, Sənaye və ya Elektrik ,Elektronika mühəndisliyi üzrə ali təhsil;
* Müvafiq sahədə minimum 3 il iş təcrübəsi (təmir planlaması üzrə təcrübə üstünlükdür).

İş qrafiki:
* Növbəli iş rejimi

Əmək haqqı və əlavə imtiyazlar:
* Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
* Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
* Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
* Nəqliyyat xidməti.
* Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar