Yükqaldırma mühəndisi / Çovdar inteqrəolunmuş regional emal sahəsi / Emal bölməsi

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Əsas vəzifə və öhdəliklər:

• Bütün yükqaldırma əməliyyatları üçün yükqaldırma planlarını hazırlamaq və risklərin qiymətləndirilməsini həyata keçirmək;
• Sahədə həyata keçirilən bütün yükqaldırma əməliyyatları üçün cavabdehlik daşımaq;
• Sahə üzrə bütün ümumi və spesifik yükqaldırma planlarının, eləcə də risklərin qiymətləndirilməsi sənədlərinin hazırlanmasını təmin etmək, onların qeydiyyatını aparmaq,
yenilənməsini izləmək və müvafiq jurnalda dəqiq və ardıcıl şəkildə sənədləşdirmək;
• Kranların və yüktutucu vasitələrin "LOLER" (Lifting Operations and Lifting Equipment Regulations) standartlarına uyğun yoxlanması;
• Stasionar qaldırıcı sistemlərin (kranlar, elektrikli qaldırıcılar) texniki müayinəsini və bərpasını təşkil etmək;
• İşçilərin ixtisasartırma təlimlərini koordinasiya etmək və sertifikatlaşdırma prosesinə nəzarət etmək;
• Şirkətin təhlükəsizlik prosedurlarına (SƏTƏM) riayət etmək və hesabatlar hazırlamaq;
• Bütün yükqaldırma əməliyyatları zamanı İcraçı məsul şəxs kimi fəaliyyət göstərməli və cavabdehlik daşımalıdır;
• İşçilərə ilk yardım və təxliyyə təlimatları vermək;
• Yüktutucu avadanlıqların invertarına nəzarət etmək və sifarişində iştirak etmək;
• Tabeliyində olan şəxslərin bütün vəzifə öhdəliklərinin yerinə yetirilməsinə nəzarət etmək;

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Microsoft Office proqramları üzrə işləmək bacarığı;
• Fərdi mühafizə vasitələrindən düzgün istifadə etmək bacarığı;
• Məsuliyyətlilik, Əməkdaşlıq, Çeviklik, Məqsədyönlülük, Nizam-intizam,Operativlik;
• Yük hesablamaları, ağırlıq mərkəzi, qaldırma nöqtələri, rigging sxemləri barədə dərin bilik;
• Güclü liderlik və ünsiyyət bacarıqları;
• Yükqaldırma əməliyyatları üzrə Məsul şəxs( Appointed Person Lifting Operaitons) sertifikatı olmalıdır;
• LOLER (Lifting Operations and Lifting Equipment Regulations), 2PUWER (Provision and Use of Work Equipment Regulations),ISO 45001: Təhlükəsizlik və Sağlamlıq
İdarəetmə Sistemi və s.sertifikatlardan biri vəya bir neçəsinin olması arzuolunandır.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Ali təhsil;
• Müvafiq və uyğun sahə üzrə 1 il iş təcrübəsi.

İş qrafiki:

• Əməkdaşın iş qrafiki həftə ərzində 36 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 08:00-dan 17:00-a qədərdir. Nahar vaxtı saat 12:00-dan 13:00-dəkdir.

Əmək haqqı və əlavə imtiyazlar:

• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
• Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
• Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
• Nəqliyyat xidməti.
• Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar