• Laboratoriya ölçmlələrinə dair tələblərə riayət edilməsinə nəzarət etmək; • Laboratoriyada istifadə olunan avadanlıqların kalibarasiyasını təmin edilməsinə nəzarət etmək; • Keyfiyyət idarəetmənin müvafiq mərhələlərində iştirak etmək; • Keyfiyyətə nəzarət sahəsində uyğunsuzluqların idarə olunması prosesində iştirak etmək; • Laboratoriyanın keyfiyyətə nəzarət prosedurlarının icrasına nəzarət etmək; • Keyfiyyət göstəricilərinin izlənməsi, audit və yoxlamalarda iştirak etmək; • Keyfiyyətə nəzarət üzrə sənədləşdirmə və hesabatların hazırlanması; • Xammal, yarımməhsul, hazır məhsul və laboratoriya ölçmlələrinə dair tələblər formalaşdırmaq və tələblərə riayət edilməsinə nəzarət etmək; • Daxili sənədlərin hazırlanmasında iştirak etmək: • Laboratoriyaya daxil olan nümunə saylarına, aparılan sınaq və analizlərin saylarına, növlərinə və tipinə nəzarət etmək, statistik məlumatlar toplamaq; • Laboratoriyanın effektivliyinin artılması üçün təkliflər hazırlamaq və təqdim etmək; • Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını yerinə yetirmək; • Əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; • Əməyin təhlükəsizliyi normalarına əməl etmək; • Dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; • İş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; • Fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; • Əmək qanunvericiliyinin tələblərinə əməl etmək.
Tələb olunan biliklər və bacarıqlar:
• Azərbaycan dili (səlis), İngilis dili (orta), Rus dili (orta). • Müvafiq sahə üzrə qanunvericilik aktları və normalarını; • İdarəemə sistemləri üzrə (İSO 9001/ İSO 14001/ İSO 45001/İSO 17025) və auditin keçirilməsi üzrə (İSO 19011) standartları; • BPKİ şöbəsinin Əsasnaməsini; • “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsini və strukturunu; • Cəmiyyətin və şöbənin daxili prosedur qaydalarını; • İdarəetmə sistemlərində auditin keçirilməsi təcrübəsi; • Əməyin Təhlükəsizliyi, Ətraf Mühit və Keyfiyyətin İdarəedilməsi Sistemiləri sahəsində əsas tələb və prinsiplərini; • İdarəemə sistemləri və auditi üzrə müvafiq sertifikatlara malik olması. • Office proqramlarından orta səviyyəli istifadəçi bacarığı tələb olunur
Tələb olunan təhsil və iş təcrübəsi:
• Ali təhsil tələb olunur (Kimya, standartlaşdırma, metrologiya, keyfiyyətə nəzarət üzrə) • Keyfiyyətə nəzarət və laboratoriya idarəetməsi sahəsində 3 illik iş təcrübəsi.
İş qrafiki:
• Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. • Nəqliyyat xidməti. • Rəqabətli mükafatlandırma sistemi.