Aparıcı mütəxəssis / Biznes proseslərin keyfiyyətinin idarəedilməsi şöbəsi / Keyfiyyətin təminatı sektoru
Vakansiya aktiv deyil
İş yeri:
Bakı şəhəri
İş növü:
Tam
Vakansiya sayı:
1
Son müraciət tarixi:
02.06.2026
Yenilənmə tarixi:
25.05.2026
Vakansiyaya dair tələblər
Vakansiyaya dair tələblər:
• Cəmiyyətin struktur bölmələrinin fəaliyyətlərini əhatə edən İMS üzrə sənədlərin İMS tələblərinə uyğun hazırlanmasında öz fəaliyyət istiqamətlərinə uyğun olaraq iştirak etmək; • Cəmiyyətin əməkdaşlarına idarəetmə sisteminin tələblərinin çatdırmasında iştirak etmək; • İMS ilə bağlı tapşırıqları vaxtlı-vaxtında yerinə yetirmək; • İMS-in təminatı sahəsində görülən işlərin koordinasiyasında iştirak etmək; • İMS-in tələblərini müntəzəm olaraq hərtərəfli təhlil etmək, İMS-ə aid sənədlərin işləkliyinin təmin edilməsi və təkmilləşdirilməsi işlərində iştirak etmək; • İMS üzrə Cəmiyyətin malik olduğu beynəlxalq sertifikatın tələbləri və prinsipləri istiqamətində işlərin icrasının təşkilinə yardım etmək; • Cəmiyyətin biznes proseslərinin müəyyən edilməsi və xəritələndirilməsini struktur bölmələrlə birlikdə icra etmək; • Mövcud biznes proseslərinin yenilənməsi və xəritələndirilmədə müvafiq dəyişikliklərin edilməsini təşkil etmək; • Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını yerinə yetirmək; • Əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; • Əməyin təhlükəsizliyi normalarına əməl etmək; • Dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; • İş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; • Fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; • Əmək qanunvericiliyinin tələblərinə əməl etmək.
Tələb olunan bilik, bacarıq və səriştələr:
• Azərbaycan dili səlis, Rus dili və İngilis dili yaxşı səviyyədə olmalı; • Office proqramlarından orta səviyyəli istifadəçi bacarığı tələb olunur; • Müvafiq sahə üzrə qanunvericilik aktları və normalarını; • İdarəemə sistemləri üzrə (İSO 9001/ İSO 14001/ İSO 45001) və auditin keçirilməsi üzrə (İSO 19011) standartları; • İdarəetmə sistemlərində auditin keçirilməsi təcrübəsi; • Əməyin Təhlükəsizliyi, Ətraf Mühit və Keyfiyyətin İdarəedilməsi Sistemləri sahəsində əsas tələb və prinsiplərini; • İdarəemə sistemləri və auditi üzrə müvafiq sertifikatlara malik olması; • İş yeri üzrə xüsusi sertifikasiya tələb olunur; • Məsuliyyət, əməkdaşlıq, dürüstlük, innovativlik-öz üzərində işləmə, çeviklik, nəticəyönümluk, planlama, təşəbbüskarlıq, çeviklik və dəyişikliklərin idarə olunması, strateji düşünmə və nəticəyönümlülük, liderlik və insanlarla işləmə bacarığı, analitik düşüncə və problem həll etmə.
Tələb olunan təhsil və iş təcrübəsi:
• Ali təhsil; • Müvafiq sahə üzrə 2 il iş təcrübəsi; • Ümumi təcrubə müddəti 3 il.
İş qrafiki:
• Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün. Nahar vaxtı 13:00-dan 14:00-dəkdir
Əmək haqqı və əlavə imtiyazlar:
• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. • Nəqliyyat xidməti. • Rəqabətli mükafatlandırma sistemi.