Aparıcı mütəxəssis / İnformasiya kommunikasiya texnologiyaları təminatı şöbəsi / Texniki dəstək sektoru

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Əsas vəzifə öhdəlikləri:


• İstifadəçilər tərəfindən sektora daxil olmuş sorğular əsasında istifadəçilərə və isitifadəçi avadanlıqlarına zəruri texniki dəstək xidməti göstərmək və profilaktik tədbirlər görmək;
• İşə yeni başlamış əməkdaşların istifadəçi avadanlıqlarının və tətbiqi üzrə proqram təminatlarının sazlanmasını həyata keçirmək;
• İstifadəçi avadanlıqlarının zərərli proqramlardan qorunması məqsədi ilə müvafiq antivirus proqram təminatlarının quraşdırılmasını təmin etmək;
• Simsiz şəbəkə xidmətinin işlək vəziyyətdə saxlanılması və fasiləsiz fəaliyyətinin təmin edilməsində iştirak etmək;
• Tədbirlərin keçirilməsi zamanı, zəruri informasiya texnologiyaları xidmətlərinin göstərilməsini təmin etmək;
• Görüş otaqlarında quraşdırılmış video və professional konfrans sistemlərinin işlək vəziyyətdə saxlanılması və fasiləsiz fəaliyyətini təmin etmək;
• İstifadəçi avadanlıqları üçün zəruri olan tətbiqi proqram təminatlarının müəyyən edilməsi, tətbiqinin razılaşdırılması, istifadəçi avadanlıqlarına quraşdırılması və inzibatçılığını həyata keçirmək;
• İstifadəçi avadanlıqlarının yerdəyişməsi və əvəzlənməsi zamanı müvafiq dəyişiklik qeydiyyatının aparılmasını təmin etmək;

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Azərbaycan dili səlis, Rus dili arzuolunandır;
• Yaxşı ünsiyyət qabiliyyəti, əməkdaşlıq, məsuliyyətlilik, davamlı inkişaf, nəticə yönümlülük, təşəbbüskarlıq, təşkilatı anlama, çeviklik, problem həlletmə bacarıqları.
Kompüter bilikləri:
• Windows Server ƏS üzrə baza, client tipli ƏS üzrə isə administrator səviyyəsində biliklər;
• MacOs ƏS üzrə peşəkar biliklər;
• PC, noutbukların təmiri üzrə (hardware) biliklər;
• CCNA, İTİL, Servicedesk proqram təminatı (Manage Engine, Solarwinds, OTRS) üzrə nəzəri biliklər arzuolunandır.
• “HikCentral”, “iVMS” və s. kamera proqram təminatı üzrə nəzəri biliklər;

Tələb olunan təhsil və iş təcrübəsi:

• İT üzrə aidiyyatı bakalavr təhsili arzuolunandır.
• Müvafiq sahə üzrə 2 il;
• Ümumi təcrubə müddəti 3 il.

İş qrafiki:

• Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün. Nahar vaxtı 13:00-dan 14:00-dəkdir

Əmək haqqı və əlavə imtiyazlar:

• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
• Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
• Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
• Nəqliyyat xidməti.
• Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar