Əsas vəzifə öhdəlikləri: • Tikinti norma və qaydalarının tələblərinə uyğun olaraq layihələndirmə üçün ilkin məlumatların, texniki tapşırıqların və iş həcmlərinin hazırlanması; • Layihə-smeta sənədlərinin, normativ tələblərə uyğunluğunun yoxlanılması, aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılmasının təmin edilməsi və müvafiq dövlət orqanlarına təqdim olunması üçün sənədlərin hazırlanması; • Obyektlərdə tikinti, əsaslı təmir, təmir-bərpa, rekonstruksiya və söküntü işlərinin təşkili və texniki nəzarətin həyata keçirilməsi; • Tikinti-quraşdırma işlərinin təsdiq edilmiş layihə və smeta sənədlərinə, texniki norma və qaydalara uyğun, keyfiyyətli və vaxtında icrasına nəzarət; • Layihələr üzrə iş qrafiklərinin və təqvim planlarının icrasına nəzarət, subpodratçı və podratçı təşkilatların, eləcə də daxili işçi qüvvəsinin fəaliyyətinin koordinasiyasının təşkili; • Tikinti sahəsinin (istehsalat sahələri, texnoloji qurğuların yerləşdiyi zonalar və digər sənaye əraziləri) işə hazırlıq vəziyyətinin kompleks qiymətləndirilməsi, sahənin mühəndis -kommunikasiya təminatının, təhlükəsizlik tələblərinin və təşkilati tədbirlərin normativ sənədlərə uyğunluğunun yoxlanılması, həmçinin işlərin təsdiq edilmiş layihə, iş icra qrafiki və texniki şərtlərə uyğun, səmərəli və təhlükəsiz şəkildə təşkilinə nəzarət. • Geotexniki quyular və digər mühəndis-axtarış işləri üzrə təqdim olunan hesabatların normativ sənədlərə uyğunluğunun yoxlanılması; • Yerinə yetirilmiş işlər üzrə icra sənədlərinin (aktlar, jurnallar və s.), həmçinin ödəniş sənədlərinin (Forma 2 və Forma 3) müqavilə şərtlərinə və faktiki icra olunmuş iş həcmlərinə uyğunluğunun yoxlanılması; • Tikinti-quraşdırma işlərinin başa çatdırılması mərhələsində qəbul prosesində iştirak və obyektin istismara qəbulu üçün tələb olunan sənədlərin hazırlanmasına dəstək; • Layihələrinin icra vəziyyəti üzrə müvafiq hesabatların hazırlanması və təqdim edilməsi.
Tələb olunan bilik, bacarıq və səriştələr: • Dil bilikləri: Azərbaycan dili səlis, İngilis və Rus dili biliyinin olması arzuolunandır; • MS Office (Outlook, Word, Excel), AutoCAD və Autodesk Civil 3D proqramlarında işləmə bacarığı; • Müvafiq sahə üzrə uyğun sertifikatın olması arzuolunandır; • Komanda ilə effektiv əməkdaşlıq və tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmə bacarığı.
Tələb olunan təhsil və iş təcrübəsi: • Ali texniki təhsil (İnşaat mühəndisliyi üzrə) • Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi
İş qrafiki: • Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün.
Əmək haqqı və əlavə imtiyazlar: • Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir; • Əməkdaşlara beynəlxalq və yerli təlim və konfranslarda iştirak imkanı yaradılır; • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir; • Nəqliyyat xidməti; • Rəqabətli mükafatlandırma sistemi.