Aparıcı mütəxəssis / İnsan resurslarının idarəolunması şöbəsi / İnsan resursları üzrə biznes tərəfdaşlıq sektoru
Vakansiya aktiv deyil
İş yeri:
Bakı şəhəri
İş növü:
tam
Vakansiya sayı:
1
Son müraciət tarixi:
21.02.2025
Yenilənmə tarixi:
17.02.2025
Vakansiyaya dair tələblər
Əsas vəzifə və öhdəliklər: * Biznes funksiyalarının səmərəliliyini artırmaq üçün vəzifələri və təşkilati strukturu layihələndirmək üçün funksiya rəhbərləri ilə əməkdaşlıq; * Struktur bölmələr üzrə namizədlərin seçilməsini və işə qəbul planının icrasını təşkil etmək; * Struktur bölmələrin aktiv boş vakansiyalarıyla bağlı elan nümunə formalarının hazırlanması, Uyğun namizədlərin seçilməsi üçün müraciətlərə (CV-lərə) ilkin baxış keçirtmək, uyğun namizədlərlə müsahibələrdə iştirak etmək. * Struktur bölmələr üzrə yeni işçilərə Cəmiyyətin adaptasiya (ilk iş günü) təqdimatının keçirilməsi; * Performansın idarəedilməsi sisteminə uyğun olaraq Partnyoru olduğu struktur bölmələrin funksional və fərdi hədəflərinin toplanılması, düzgünlüyünün yoxlanılması; * Partnyoru olduğu Struktur bölmələr üzrə iş analizlərinin aparılması və vəzifə təlimatlarının hazırlanması; * Universitetlərlə əməkdaşlıq: tələbələrin istehsalat təcrübəsinə cəlb edilməsi üçün lazımi tədbirlərin görülməsi və fəaliyyət planına uyğun olaraq tədbirlərin təşkilində iştirak etmək; * Universitet və peşə təhsili mərkəzlərində "AzerGold"-un işəgötürən brendinin təbliğinin aparılması, təlimlərin keçirilməsi; * İşdən çıxan işçilərlə son müsahibələrin (exit interview) aparılması üzrə lazımi tədbirlər görmək.
Tələb olunan bilik, bacarıq və səriştələr: * Yaxşı ünsiyyət qabiliyyəti, əməkdaşlıq, məsuliyyətlilik, nəticə yönümlülük, təşəbbüskarlıq, çeviklik, problem həlletmə və güclü analitika bacarıqları tələb olunur. * Dil və komputer bilikləri:Azərbaycan dili (sərbəst), İngilis dili (sərbəst), Rus dili (arzuolunandır) . MS Office (Outlook, Word, Excel PowerPoint) proqramlarında yaxşı səviyyədə işləmə bacarığı
Tələb olunan təhsil və iş təcrübəsi: * Təhsili: Ali təhsil (İnsan Resursları, Biznes, İqtisadiyyat, İdarəetmə və digər əlaqəli sahələrdə) * İş təcrübəsi: İşə qəbul sahəsində 2 il, biznes tərəfdaşlığı sahəsində isə 1 il olmaqla ümumilikdə insan resursları üzrə 4 il iş təcrübəsi tələb olunur.
İş qrafiki: * Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Qeyd: Namizəd şirkətin fəaliyyət göstərdiyi hasilat sahələrinə müntəzəm ezam səfərlərinə getməyə hazır olmalıdır
Əmək haqqı və əlavə imtiyazlar: * Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. * Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. * Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. * Nəqliyyat xidməti. * Rəqabətli mükafatlandırma sistemi.