Aparıcı mütəxəssis / Satınalmalar və təchizat zəncirinin idarəolunması şöbəsi / Satınalmalar sektoru

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Əsas vəzifə və öhdəliklər:
• Satınalma prosedurlarının nəticəsində bağlanmış müqavilələr üzrə icrasına aidiyyəti sifarişçi şöbələr tərəfindən nəzarət olunan mal, iş və ya xidmətlərin təhvil verilmə prosesinə dəstək olmaq;
• Satınalma prosesinin təşkil olunması istiqamətində icraya daxil olan sifarişlərin müvafiq satınalma prosedurlarına uyğun olaraq bölgüsünü və qruplaşdırılmasını təmin etmək;
• Cəmiyyətin büdcəsində nəzərdə tutulan xərc maddələri üzrə ehtimal olunan qiymətin hazırlanması prosesində iştirak etmək;
• Gələn, alınan məhsulların müvafiq standartlara cavab verməsinə nəzarət etmək, onların qəbulunda iştirak etmək, ehtiyaclar üzrə vaxtında aidiyyəti müəssisə və qurumlara sifarişlər verilməsi istiqamətində tədbirlər görmək;
• Cəmiyyətin davamlı fəaliyyətinin təmin edilməsi üçün tədarükçü ehtiyatını daim nəzarətdə saxlanılmasına nəzarət etmək, daxili sifariş formalarına uyğun olaraq sifariş edilmiş mal və xidmətlərin təchizatını həyata keçirməsi üçün zəruri addımlar atmaq;

Tələb olunan bilik, bacarıq və səriştələr:
• Dövlət Satınalmalar üzrə müvafiq İcra Hakimiyyəti orqanının göstərişləri, qərarları və təlimatlarının tələblərini.
• Müvafiq qanunvericilik aktları və normalarını bilməli;
• MS Office və SAP proqramları üzrə işləmə bacarığı;
• Dil və komputer bilikləri: Azərbaycan dili səlis, Rus və İngilis dilləri arzuolunandır.
• Əməkdaşlıq, Məsuliyyətlilik, Davamlı İnkişaf, Nəticə Yönümlülük, Çeviklik səriştəlikləri;

Tələb olunan təhsil və iş təcrübəsi:
* Ali Təhsil (iqtisadiyyat sahə üzrə)
* Müvafiq sahədə minimum 2 il iş təcrübəsi.

İş qrafiki:
* Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.

Əmək haqqı və əlavə imtiyazlar:
* Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
* Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
* Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
* Nəqliyyat xidməti.
* Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar