Aparıcı topoqraf / Dağ-mədən və emal sahələrinin idarəedilməsi şöbəsi / Söyüdlü (ZOD) qızıl yatağı (hasilat)

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Vakansiyaya dair tələblər:

• Yerüstü və yeraltı istismar sahələrində, həmçinin cinahlarda və ümumi ÇİRES-də topoqrafiq işlərin təşkil edilməsində iştirak etmək;
• Müvafiq işlərin normativ və texniki sənədlərə uyğun aparılmasını tətbiq etmək;
• Aidiyyəti üzrə cihaz və avadanlıqların normalara və ölçülərə uyğunluğunu yoxlamaq;
• Cəmiyyətə aid topoqrafik avadanlıqlarının istismarı qaydalarına və iş rejiminə ciddi nəzarət etmək;
• İş prosesi zamanı istifadə edilən aidiyyəti avadanlıqların vaxtlı-vaxtında təmir edilməsi və daima işlək vəziyyətdə saxlanılması üçün aidiyyəti üzrə addımların atılması;
• Planlaşdırılmış və hesablanmış texniki işlərin qeydiyyatını aparmaq, materialların qrafiki qeydiyyatını aparmaq;
• Aidiyyəti materialların və sənədlərin saxlanması və qeydiyyatını təmin etmək.

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Azərbaycan dilində sərbəst, rus və ingilis dillərində biliklərinin olması arzuolunandır;
• Müasir alətlər və texnologiyadan istifadə;
• Microsoft Office proqramlarını və AutoCad,ArcGis, GPS proqram təminatları ilə işləmək bacarığı;
• Tələb olunan proqram təminatlarına dair beynəlxalq sertifikatların və təhlükəsizlik qaydaları üzrə sertifikatların olması arzuolunandır.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Ali təhsil (Coğrafiya, Geodeziya və Xəritəşəkmə, Geoinformatika ixtisasları üzrə);
• Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi.

İş qrafiki:

• Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün.

Əmək haqqı və əlavə imtiyazlar:

• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
• Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
• Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
• Nəqliyyat xidməti.
• Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar