Auditor / Daxili audit xidməti

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Əsas vəzifə və öhdəliklər:
• Təsdiq olunmuş audit prosedurlarına uyğun olaraq, yüksək keyfiyyətli xidmət səviyyəsini qoruyaraq audit prosesini həyata keçirmək;
• Audit layihəsi çərçivəsində müəyyən edilmiş sahələr üzrə audit prosedurları həyata keçirmək (audit obyektindən məlumatı toplamaq, əldə olunan məlumatı təhlil etmək və s.) və aşkar olunmuş çatışmazlıqlar haqqında layihə rəhbərinə vaxtaşırı məlumat vermək;
• Sahə işi zamanı aparılmış təhlillər və müsahibələr barədə yazılı iş sənədi hazırlamaq;
• Biznes proseslərinin daxili qayda və prosedurlara uyğun həyata keçirilməsini müəyyən etmək;
• Aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün tövsiyələrin hazırlanmasında iştirak etmək;
• Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tədbirlər planın icrasının monitorinqində iştirak etmək;
• Layihə rəhbəri və ya Daxili audit xidmətinin müdiri tərəfindən həvalə olunan digər tapşırıqları səlahiyyət çərçivəsində yerinə yetirmək.

Tələb olunan bilik, bacarıq və səriştələr:
• Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları;
• Kompüter savadlığı və müvafiq proqram təminatı (MS Windows məhsulları üzrə) ilə işləmək baçarığı.
• Audit sahəsinə aid biliklər;
• Ezamiyyələrdə iştirak etmək imkanı;
• Azərbaycan və ingilis dillərini işgüzar səviyyədə mükəmməl bilməli;
• CIA / ACCA / CIMA və digər müvafiq peşəkar kvalifikasiyalı namizədlərə üstünlük veriləcək.

Tələb olunan təhsil və iş təcrübəsi:
• Ali iqtisadi və ya hüquqi təhsil olduqda iş təcrübəsi tələb olunmur
• Ali təhsil digər ixtisaslar üzrə olduqda əlaqədar sahələrdə minimum 4 il iş təcrübəsi tələb olunur.

İş qrafiki:
İş saatları: 09:00 – 18:00;
Nahar fasiləsi: 13:00-14:00;
Şənbə və Bazar istirahət günüdür.
Digər vakansiyalar