Avtomatika üzrə mühəndis / Çovdar filiz emalı sahəsi

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Əsas vəzifə və öhdəliklər:
* Oksigen generatorları, qazanxana, və kompressor avadanlıqlarında avtomatik idarəetmə və ölçmə cihazlarında nasazlıq müəyyən olunduğu zaman təmir işlərinin aparılması və yenidən işə alınmasını təmin etmək;
* Avtomatik nəzarət sistemlərinde istifade olunan şəbəkələrin (Industrial Ethernet, Profibus, ProfiNET, Multi-Point Interface, SERVER) diaqnostikası, nasazlıqlarının aşkarlanması və aradan qaldırılması;
* Çox funksiyalı ölçmə cihazlarının və həssas sensorların yenisi ilə əvəzlənməsi, kalibrasiya olunması və parametrlərinin düzgün daxil edilməsi (Səviyyə sensorları, İnduktiv və optik sensorlar, Qaz analizatorları, pH meterlər, Temperatur və təzyiq sensorları, Sərfölçənlər, ESİT tərəzi və loadcell-ləri);
* İstehsalat avdanlıqlarında sıradan çıxan hissələri müəyyən etmək və onun yeni hissələrlə əvəz olunmasını təşkil etmək, təmir bərpa işləri üçün ehtiyat hissə bazasını yaratmaq,təmir planı tərtib etmək, təmir planına əsasən təmir işlərinin aparılmaq və hesabatlar hazırlamaq.

Tələb olunan bilik, bacarıq və səriştələr:
* Pr.dili: Structured Text Programming Language, Lad, FBD, STL, Analog və PİD;
* Pr: Allen-Bradley ControlLogix/LogixDesigner(Studio 5000)/ FactoryTalk® View;
* Pr: Siemens TIA Portal/ SIMATIC WinCC flexible;
* Pr: ABB PANEL BUILDER 600/ ABB AC500/ ACS2000;
* Pr.İnverter, SoftStarter, YG rele: Danfoss MCT10/ SİMOCODE Pro V/ MiCOM S1 & Easergy Studio/ Siemens/ Schneider/ ADD driver/ Mitsubishi/ GMTdriver;
* Texnoloji proseslərin və maşınların fasiləsiz işinin təmin olunması üçün texnoloji və elektrik sxemləri üzrə nasazlıqlarının aşkarlanması, aradan qaldırılması və düzgün texniki istismarının təmin edilməsi;
* Praktiki PLC proqramlama və SCADA sistem dizayn bacarıqları;
* SLD və P&ID diagramlar çəkmə və oxuma, bu diagramlar üzərindən analiz və problemlemin sürətli həll yolunu tapma bacarığı;
* SCADA sistemlərinin , HMI, PLC, invertor, softstarter və Simocode-ların diaqnostikası, nasazlıqların aşkarlanması, proqramlaşdırılması və yenisi ilə əvəz olunması bacarıqları;
* Dili bilikləri - Rus dili arzuolunandır; İngilis dili yaxşı.
* Komanda ruhu, təşkilatçılıq, ünsiyyət bacarıqları, şəxsi və peşəkar inkişafa yönümlülük.

Tələb olunan təhsil, iş təcrübəsi:
* Müvafiq sahə üzrə ali təhsil;
* Müvafiq sahədə minimum 3 il iş təcrübəsi (İstehsal sahəsi üzrə təcrübə üstünlükdür).

İş qrafiki:
* Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 08:00-dan 17:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.

Əmək haqqı və əlavə imtiyazlar:
* Əmək haqqı müsahibə əsnasında təyin olunur.
* Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
* Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
* Nəqliyyat xidməti.
* Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar