Baş hüquqşünas / Hüquq şöbəsi / Hüquqi komplayns və korporativ hüquq sektoru

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Əsas vəzifə və öhdəliklər:
* Cəmiyyətin fəaliyyətinin qanunverciliyin tələbləri əsasında həyata keçirilməsi məqsədilə daxil olmuş sorğular əsasında hüquqi ekspertizaların aparılmasınında iştirak etmək;
* Öz səlahiyyəti çərçivəsində hüquqi risklərin müəyyən edilməsində və əlaqəli hesabatların hazırlanmasında iştirak etmək;
* Cəmiyyətin səlahiyyətlərinə aid olan məsələlərə dair bağlanmış müqavilələrin icrasından irəli gələn əlaqəli sənədlərin hüquqi ekspertizasının aparılması;
* Tapşırıq əsasında hüquqi araşdırmalar aparmaq, zəruri olan arayış, rəy və məlumatları hazırlamaq, hazırlanmış arayış və rəylərin yoxlanılmasında iştirak etmək;
* Məhkəmələrdə, dövlət orqanlarında və digər idarə, müəssisə və təşkilatlarda səlahiyyətləri çərçivəsində Cəmiyyətin qanuni mənafeyinin müdafiəsini həyata keçirmək;
* Tapşırıq əsasında müvafiq lisenziya, icazələrin, Malın mənşə ölkəsini təsdiq edən sertifikatın alınmasını qanunvericiliyin tələblərinə uyğun şəkildə icra etmək;
* Cəmiyyətin satınalma prosesi ilə əlaqədar müvafiq hüquqi dəstək verilməsində iştirak etmək və sektor müdiri tərəfindən bu istiqamətdə tapşırılmış işləri icra etmək;
* Səlahiyyətinə aid edilmiş məsələlər üzrə dövlət qurumlarından daxil olan məktub, sorğu və təkliflərə qanunvericiliklə müəyyən edilmiş müddətdə baxmaq, araşdırmaq, nəticəsi barədə sektor müdirinə məruzə etmək;
* Cəmiyyətin fəaliyyəti ilə əlaqədar investisiya qiymətli kağızları üzrə (istiqrazlara münasibətdə) hüquqi prosedurlarının icrasını həyata keçirmək;
* Dövlət orqanı/qurumlarından daxil olmuş qanun layihələri və digər normativ aktların layihələrinə, dəyişikliklərə baxış keçirilməsi, qanunvericiliyin tələbləri və Cəmiyyətin mövqeyi nəzərə alınmaqla, təkliflərin verilməsi, müxtəlif normativ aktların layihələrinin hazırlanmasını icra etmək;
* Sektorun fəaliyyəti üzrə ümumiləşdirmələr aparmaq, statistik və digər hesabatlar hazırlamaq və sektor müdirinə təqdim etmək;

Tələb olunan bilik, bacarıq və səriştələr:
* Məsuliyyət, Əməkdaşlıq, İnnovativlik-öz üzərində çalışma, Dürüstlük, Çeviklik, Nəticə yönümlülük, Təşəbbüskarlıq, Analiz və problem həll etmə, Planlama səriştəlikləri;
* Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (yaxşı), rus dili (yaxşı);
* Microsoft Office proqramlarında işləmək bacarığı;

Tələb olunan təhsil və iş təcrübəsi:
* Hüquq sahəsi üzrə ali təhsil;
* Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi

İş qrafiki:
* Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.

Əmək haqqı və əlavə imtiyazlar:
* Əmək haqqı müsahibə əsnasında təyin olunur.
* Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
* Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
* Nəqliyyat xidməti.
* Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar