Baş mütəxəssis / Dağ-mədən və emal sahələrinin idarəedilməsi şöbəsi / İstehsalat proseslərinə nəzarət və təhlil sektoru

Vakansiyaya dair tələblər

Əsas vəzifə öhdəlikləri:
• Maliyyə və əməliyyat göstəricilərinin təhlili, xərclərin monitorinqi və optimallaşdırılması üzrə təkliflər hazırlamaq;
• Biznes proseslərinin təhlili və təkmilləşdirilməsi məqsədilə mövcud prosesləri tətbiq etmək;
• ERP, SCADA, DCS və digər informasiya sistemlərindən əldə olunan məlumatların təhlilində iştirak etmək;
• Müəssisədaxili hesabatları hazırlamaq, məlumat bazalarını idarə etmək, analitik göstəricilər əsasında hesabatlar hazırlamaq, təhlil etmək və onları izləmək;
• İstehsalat proseslərinin texnoloji parametrlərinə nəzarət etmək, onların optimallaşdırılması üçün təhlillər aparmaq və təkliflər vermək;
• Sektorun iş planlarının və hesabatlarının hazırlanmasında, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsində iştirak etmək;
• Cəmiyyətin sifarişi əsasında fəaliyyət göstərən təşkilatlar ilə sağlam əlaqələrin qurulmasında iştirak etmək və bu istiqamətdə təkliflər vermək.

Tələb olunan bilik, bacarıq və səriştələr:
• Azərbaycan dili səlis, İngilis dili və Rus dilini yaxşı səviyyədə bilməli;
• MS Office proqramları üzrə yaxşı səviyyədə işləmək bacarığı;
• Analitik platformalar, Maliyyə və statistik təhlil üzrə biliklər üstünlükdür.

Tələb olunan təhsil və iş təcrübəsi:
• Ali təhsil (Xüsusilə Data Analitika sahəsi üzrə olmaqla, Biznesin idarəedilməsi, İqtisadiyyat, Maliyyə, Sənaye mühəndisliyi, Proses mühəndisliyi, İnformasiya texnologiyaları və ya digər uyğun ixtisaslar üzrə);
• Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi.

İş qrafiki:
• Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün. Nahar vaxtı 13:00-dan 14:00-dəkdir

Əmək haqqı və əlavə imtiyazlar:
• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
• Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
• Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
• Nəqliyyat xidməti.
• Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar