Baş mütəxəssis / Maliyyə şöbəsi / Hesabatlılıq sektoru

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Əsas vəzifə və öhdəliklər:
Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkil olunmasında iştirak etmək;
Səlahiyyətləri çərçivəsində müvafiq birjalar üzrə effektiv ticarət strategiyalarının həyata keçirilməsində iştirak etmək
Maliyyə bazarlarındakı dəyişikliklərlə bağlı müvafiq təhlillər aparmaq
İnvestisiya əməliyyatları ilə bağlı aidiyyəti üzrə təkliflər verilməsində iştirak etmək
Maliyyə bazarlarında mövcud olan yeni investisiya imkanlarını mütəmadi əsasda izləmək
Müvafiq Birja əməliyyatlarının aparılmasında və ticarət sonrası hesablaşmalara nəzarət edilməsində iştirak etmək
Hecinq və digər törəmə maliyyə alətləri üzrə müvafiq əməliyyatların həyata keçirilməsində iştirak etmək
Cəmiyyət üçün ən əlverişli əməliyyatların həyata keçirilməsi üçün yerli və qlobal sabit gəlirli qiymətli kağızlar, pul, səhm və əmtəə bazarlarının araşdırılması, təhlili və aidiyyəti üzrə təkliflərin verilməsi
Sektorun fəaliyyəti ilə bağlı müvafiq arxivləşmə işlərini təmin etmək.

Tələb olunan bilik, bacarıq və səriştələr:
Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (yaxşı), rus dili (yaxşı);
ACCA F3,F7 və ya Dipfr və ya CİMA F1, F2 olan namizədlər arzuolunandır;
Problem həll etmə, analitik düşünmə, təqdimat və komanda işə işləmə bacarığı;
Komputer bilikləri: Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;(Excel əla səviyyədə)
Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini;
Beynəlxalq Maliyyə Hesabatları Standartlarını;

Tələb olunan təhsil və iş təcrübəsi:
Maliyyə, İqtisadiyyat və ya müvafiq sahədə ali təhsil;
Müvafiq sahə üzrə 3 il iş təcrübəsi;

İş qrafiki:
İş saatları: 09:00 – 18:00;
Nahar fasiləsi: 13:00-14:00
Şənbə və Bazar istirahət günüdür.
Digər vakansiyalar