Əsas vəzifə öhdəlikləri: • İşə qəbul prosesi çərçivəsində namizədlərlə telefon və elektron poçt vasitəsilə əlaqə saxlamaq, test və müsahibələr barədə məlumat vermək; • Namizədlərin test və müsahibə mərhələlərinə dəvət olunmasını təşkil etmək və iştirakın uçotunu aparmaq; • Testlərin keçirilməsi üçün zəruri təşkilati işləri həyata keçirmək, test materiallarının hazırlanmasına və nəticələrin sistemləşdirilməsinə dəstək göstərmək; • Namizədlər üzrə məlumatların müvafiq elektron bazalara və hesabatlara daxil edilməsini, məlumatların mütəmadi yenilənməsini təmin etmək; • İşə qəbul prosesi üzrə sənədlərin toplanmasını, sistemləşdirilməsini və aidiyyəti üzrə təqdim edilməsini həyata keçirmək; • Sektora aid xidmətlərlə bağlı təhvil-təslim aktlarını qəbul etmək, sənədlərin tamlığını və müvafiq məlumatların uyğunluğunu yoxlamaq; • Müvafiq xidmətlər üzrə ödənişlərin həyata keçirilməsi üçün tələb olunan sənədləri hazırlamaq, aidiyyəti struktur bölmələrə təqdim etmək və prosesin icrasını izləmək; • Vakansiyalar və namizədlər üzrə statistik məlumatların hazırlanmasına və dövri hesabatların formalaşdırılmasına dəstək göstərmək; • Namizədlərin şəxsi məlumatlarının məxfiliyini qorumaq və məlumatlarla müəyyən edilmiş qaydalara uyğun işləmək; • Sektora aid rəhbəri tərəfindən verilən digər tapşırıqları səlahiyyətləri çərçivəsində icra etmək.
Tələb olunan bilik, bacarıq və səriştələr: • Dil bilikləri: Azərbaycan dili – sərbəst, İngilis dili yaxşı , rus dili – arzuolunandır. • Azərbaycan Respublikasının əmək qanunvericiliyi, xüsusilə işə qəbul və əmək münasibətlərinin rəsmiləşdirilməsi ilə bağlı əsas müddəalar üzrə biliklər; • Namizədlərlə peşəkar ünsiyyət qurmaq bacarığı; • MS Office proqramlarında, xüsusilə MS Excel və MS Word proqramlarında işləmək bacarığı;
Tələb olunan təhsil və iş təcrübəsi: • Ali təhsil (İnsan resurslarının idarə edilməsi, menecment, biznesin idarə edilməsi, iqtisadiyyat, hüquq və ya digər əlaqəli ixtisaslar üzrə). • İnsan resurslarının idarə edilməsi və/və ya işə qəbul sahəsində minimum 6 ay iş təcrübəsi.
İş qrafiki: • Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün.
Əmək haqqı və əlavə imtiyazlar: • Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. • Nəqliyyat xidməti. • Rəqabətli mükafatlandırma sistemi.