•Şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planında nəzərdə tutulmuş tədbirlərin icrasında iştirak etmək; • Müvafiq dövrlər üzrə şöbənin fəaliyyəti ilə bağlı hesabatların hazırlanmasında iştirak etmək; • Dağ-mədən sahələri üzrə istismar layihələrinin hazırlanmasında və rekultivasiya işlərinin planlaşdırılması və icrasında iştirak etmək; • Mədənlərdə istifadə olunan tərəzi proqramlarının işinə nəzarət etmək; • Dağ-mədən sahələri üzrə istehsalat göstəricilərinin təhlilində, hasilat planlarının icrasının izlənilməsi • Mədən sahələrində qazma-partlayış, hasilat, yükləmə-daşıma mədəndən tərərəzi proqramında nəzarət etmək • İstehsalatın təminatı istiqamətində imzalanmış müqavilələrin icrasına nəzarət məqsədilə yerli və xarici olan Podratçı və subpodratçı şirkətlər ilə mütəmadi danışıqların aparılması və hər-hansı uyğunsuzluq və ya gecikmələr baş verdiyi halda həll edici addımların atılmasında iştirak edilməsi.
Tələb olunan bilik, bacarıq və səriştələr:
• Azərbaycan dili səlis, ingilis dili,rus dili isə arzuolunandır; • Microsoft Office proqramları üzrə işləmək bacarığı; • Məsuliyyətlilik, Əməkdaşlıq, Çeviklik, Məqsədyönlülük, Nizam-intizam, Operativlik.
Tələb olunan təhsil və iş təcrübəsi:
• Müvafiq sahə üzrə ali təhsil; • Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi.
İş qrafiki:
• Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. • Nəqliyyat xidməti. • Rəqabətli mükafatlandırma sistemi.