Fəhlə / Nəqliyyat və inzibati işlər şöbəsi / İnzibati işlər sektoru

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Əsas vəzifə və öhdəliklər:
• Cəmiyyətin inzibati binasında təmir və bərpa işlərində iştirak etmək;
• Təmiz su şəbəkəsində yaranmış nasazlıqların aradan qaldırılmasında iştirak etmək;
• Kanalizasiya sistemində yaranmış nasazlıqların aradan qaldırılmasında iştirak etmək;
• İstilik sistemində yaranmış nasazlıqların aradan qaldırılmasında iştirak etmək;
• Havalandırma sistemində yaranmış nasazlıqların aradan qaldırılmasında iştirak etmək;
• Səlahiyyətləri çərçivəsində təmir işlərinin keyfiyyətlə yerinə yetirilməsini təmin etmək;
• Mebellərin, cihazların quraşdırılmasını, yerinin dəyişdirilməsini həyata keçirmək;

Tələb olunan bilik, bacarıq və səriştələr:
• Səbrli, məsuliyyətli və nizam-intizamlı;
• Dil bilikləri: Azərbaycan dili
• Kompüter bilikləri: Tələb olunmur.

Tələb olunan təhsil və iş təcrübəsi:
Orta təhsil
Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi;

İş qrafiki:
* Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.

Əmək haqqı və əlavə imtiyazlar:
* Əmək haqqı müsahibə əsnasında təyin olunur.
* Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
* Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
* Nəqliyyat xidməti.
* Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar