Geoloq / Geoloji kəşfiyyat şöbəsi / Çovdar inteqrəolunmuş regional emal sahəsi
Vakansiya aktiv deyil
İş yeri:
Daşkəsən rayonu
İş növü:
tam
Vakansiya sayı:
1
Son müraciət tarixi:
25.07.2025
Yenilənmə tarixi:
29.07.2025
Vakansiyaya dair tələblər
Əsas vəzifə və öhdəliklər: • Geoloji, geokimyəvi, geofiziki məlumatlardan (ölçmələr, quyu sənədləşmələri, aerofoto şəkillər) istifadə etməklə sahənin geoloji quruluşunu qiymətləndirmək, xəritə və hesabatlar hazırlamaq; • Cisimlərin(torpaq, süxur) geoloji xüsusiyyətlərini tədqiq etmək üçün optiki, rentgen, istilik və digər diaqnostik üsullardan istifadə; • Geoloji sahə mütəxəssisləri ilə əlaqədə olmaq, elmi nəşrləri izləmək, konfranslarda və ya universitetlərdə keçirilən mühazirələrdə iştirak etmək.
Tələb olunan bilik, bacarıq və səriştələr: • Azərbaycan dili səlis, İngilis və Rus dilləri arzuolunandır; • Microsoft Office proqramları üzrə işləmək bacarığı; • Ümumi geoloji biliklər; • Komanda ruhu, Şəxsi və peşəkar inkişafa yönümlülük, Analitik düşüncə və riyazi biliklər, hesabat yazma səriştəsi, araşdırma bacarığı, məsuliyyət, əməkdaşlıq, dürüstlük, çeviklik, nəticə yönümlülük, təşəbbüskarlıq.
Tələb olunan təhsil və iş təcrübəsi: • Ali təhsil (geologiya ixtisası üzrə); • Müvafiq sahə üzrə 1 il iş təcrübəsi.
İş qrafiki: • Növbəli iş rejimi
Əmək haqqı və əlavə imtiyazlar: • Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. • Nəqliyyat xidməti. • Rəqabətli mükafatlandırma sistemi.