İstehsalat sahələrinin dayanıqlığı və idarəedilməsi üzrə müdir müavini / Dağ-mədən və emal sahələrinin idarəedilməsi şöbəsi

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Əsas vəzifə və öhdəliklər:
• Şöbədaxili fəaliyyətinin təşkili və müvafiq iş bölgüsünün aparılmasında iştirak;
• Şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədlərə baxış keçirmək, nəzarət etmək;
• İstehsalatın təşkili çərçivəsində tərtib edilmiş tədbirlər planında əks olunan işlərin icra edilməsinə nəzarət;
• İstehsalatda dayanıqlı inkişafın təmin edilməsi məqsədilə iş həcmlərinin hazırlanması və aidiyəti rəhbər şəxslərlə razılaşdırılmasını təmin etmək;
• Razılaşdırılmış iş həcmi çərçivəsində sifarişlərin verilməsi;
• Cəmiyyətin hasilat sahələrində şöbəyə tabe olan bölmələrin işinin təşkilinə nəzarətin təşkil edilməsini təmin etmək;
• İstehsalatın təminatı istiqamətində imzalanmış müqavilələrin icrasına nəzarət məqsədilə yerli və xarici olan podratçı və subpodratçı şirkətlərlə mütəmadi danışıqların aparılması və hər-hansı uyğunsuzluq və ya
gecikmələr baş verdiyi halda həll edici addımların atılması;
• İstehsal prosesinin maliyyə tərəfinin təhlili və illik büdcənin tərtib edilməsi;
• İstehsalat sahələrində istismar olunan avadanlıqlarda hər-hansı uyğunsuzluq yarandığı təqdirdə onların aradan qaldırılması istiqamətində müvafiq işlərin görülməsinə nəzarət etmək;
• Cəmiyyətin hasilat sahələrində fəaliyyətin təkmilləşdirilməsi istiqamətində rəhbərliyə təkliflər vermək və təsdiqlənmiş təkliflərin həyata keçirilməsi, icrasına nəzarəti təşkil etmək;

Tələb olunan bilik, bacarıq və səriştələr:
• Microsoft Office proqramları üzrə işləmək bacarığı;
• Dil bilikləri: Azərbaycan dili səlis, İngilis dili və Rus dili yaxşı səviyyədə tələb olunur;
• Liderlik, innovativlik, strateji düşüncə, kommunikasiya, problem həll etmə, qərarvermə , nəticəyönümlülük, dəyişikliklərin idarə edilməsi bacarıqları tələb olunur.

Tələb olunan təhsil və iş təcrübəsi:
• Mədən mühəndisliyi, metallurgiya, kimya mühəndisliyi və ya əlaqəli sahədə ali təhsil.
• Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi, İdarəetmə üzrə minimum 4 il iş təcrübəsi tələb olunur.

İş qrafiki:
* Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.

Əmək haqqı və əlavə imtiyazlar:
* Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
* Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
* Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
* Nəqliyyat xidməti.
* Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar