Kadr kargüzarlığı üzrə mütəxəssis / İnsan resurslarının idarəolunması şöbəsi
Vakansiya aktiv deyil
İş yeri:
Bakı şəhəri
İş növü:
Tam ştat
Vakansiya sayı:
1
Son müraciət tarixi:
01.11.2024
Yenilənmə tarixi:
04.11.2024
Vakansiyaya dair tələblər
Əsas vəzifə və öhdəliklər: • Əmək müqavilələrinin və onlara əlavələrin qeydiyyatını aparmaq; • İşçilərin vəzifə və digər məlumatlarının əks olunduğu yaxa kartlarının hazırlanmasını və sifarişini təşkil etmək; • İmzalanmış müvafiq əmrlərin aidiyyəti strukturlara göndərilməsini və qeydiyyata salınmasını təmin etmək; • Vəzifə dəyişiklikləri, əmək haqqı dəyişikliyi, əmək şəraiti ilə bağlı dəyişiklərə dair verilən bildirişlərin qeydiyyata salınmasını təşkil etmək; • Işçilərin şəxsi məlumat bazalarının mütəmadi olaraq doldurulması və yenilənməsi; • Hərbi uçotun təşkil edilməsi; • İşçilərin davamiyyətinin gündəlik izlənilməsi və müvafiq qeydiyyatın aparılması;
Tələb olunan bilik, bacarıq və səriştələr: • Gülərüz, yaxşı ünsiyyət bacarıqları, səbrli, məsuliyyətli və nizam-intizamlı; • Dil bilikləri: Azərbaycan dili (mükəmməl), Rus dili arzuolunandır. • Kompüter bilikləri: Microsoft Office proqramlarını yaxşı bilməli. • Uyğun sertifikatın olması arzuolunandır.
Tələb olunan təhsil və iş təcrübəsi: Ali təhsil tələb olunur. Müvafiq sahə üzrə 1 ilədək iş təcrübəsi;
İş qrafiki: * Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar: * Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. * Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. * Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. * Nəqliyyat xidməti. * Rəqabətli mükafatlandırma sistemi.