Cəmiyyətin fəaliyyəti ilə bağlı rəhbərliyin baxışı, təsdiqi və imzası üçün təqdim olunan sənədləri qəbul etmək, müvafiq qaydada hazırlamaq və rəhbərliyə təqdim etmək; Daxil olan məlumat və sənədlərin təyinatı üzrə təsnifatını, sistemləşdirilməsini və qeydiyyatını həyata keçirmək; Rəhbərliyin imzasına təqdim olunan sənədləri gün ərzində cəmləşdirərək müəyyən edilmiş qaydada rəhbərliyə təqdim etmək; Rəhbərliyin tələb etdiyi məlumatların aidiyyəti struktur bölmələrdən əldə olunmasını koordinasiya etmək və toplanmış məlumatları rəhbərliyə təqdim etmək; Rəhbərliyin Cəmiyyətin struktur bölmələri və digər qurumlarla telefon və digər kommunikasiya vasitələri üzərindən əlaqələrini koordinasiya etmək; Rəhbərliyin görüş və müşavirələrinin vaxtını planlaşdırmaq, müvafiq qrafikləri hazırlamaq və keçiriləcək görüşlər barədə aidiyyəti şəxslərin vaxtında məlumatlandırılmasını təmin etmək; İdarə Heyətinin iş yerinin zəruri dəftərxana ləvazimatları və texniki-təşkilati vasitələrlə təmin olunmasını təşkil etmək; Qonaqları qarşılamaq və aidiyyəti üzrə yönləndirmək; Daxil olan telefon zənglərini cavablandırmaq və aidiyyəti üzrə yönləndirmək.
Tələb olunan bilik, bacarıq və səriştələr:
Azərbaycan dilini mükəmməl, rus dilini sərbəst bilmək; Microsoft Office proqramlarından yaxşı istifadə bacarığı; Yüksək ünsiyyət və təşkilatçılıq bacarıqları, vaxtın səmərəli idarə edilməsi və prioritetlərin müəyyənləşdirilməsi bacarığı, operativlik, çeviklik, problem həll etmə, dürüstlük və məsuliyyətlilik.
Tələb olunan təhsil və iş təcrübəsi: Ali təhsil arzuolunandır; Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi.
İş qrafiki: Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün.
Əmək haqqı və əlavə imtiyazlar: • Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. • Əməkdaşlara təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. • Nəqliyyat xidməti. • Rəqabətli mükafatlandırma sistemi.