Topoqraf köməkçisi / Çovdar inteqrəolunmuş regional emal sahəsi / Mərəh sahəsi

Vakansiyaya dair tələblər

Vakansiyaya dair tələblər:

Əsas vəzifə öhdəlikləri:

• Yerölçmə tədqiqatına dair məlumatları əldə etmək üçün sıx kolların təmizlənməsini təmin etmək;
• Topoqrafın göstərişinə uyğun olaraq,GPS alətindən, prizmalı dirəkdən istifadə etməklə gündəlik mədən işləri üçün hazırlanan səthlərdə quyuların olduğu yeri təyin etmək;
• Topoqrafın göstərişlərinə uyğun olaraq, GPS alətindən, prizmalı dirəkdən və taxta paylardan istifadə etməklə enişlərin sərhədlərinin qeyd olunması və mədənin zirvə və aşağı nöqtələrini layihələşdirmək;
• Topoqrafın göstərişinə uyğun olaraq,GPS alətindən, prizmalı dirəkdən istifadə etməklə gündəlik partlayış quyuların/qazılacaq quyuların yerləşməsi planını çəkmək və olduğu yerləri təyin etmək;
• Topoqrafın göstərişinə uyğun olaraq,GPS alətindən, prizmalı dirəkdən və taxta paylardan istifadə etməklə filiz poliqonlarını parçalamaq;
• Topoqrafın göstərişlərinə uyğun olaraq,GPS alətindən, prizmalı dirəkdən istifadə etməklə quraşdırılmış yerölçmə tədqiqatlarını təyin etmək;
• Eniş bucaqlarını saxlamaq üçün köklənmiş lövhələr təsis etmək;
• Partlayış quyuları üçün nəzarət məntəqələrinin planını çəkmək;
• Mövcud olan nəzarət məntəqələrində partlayış dəliklərini müəyyən etmək;
• Nəzarət məntəqəsi üzrə ümumi stansiya təsis etmək bacarığına malik olmaq;
• Plan çəkilişi və yerin təyin olunması üçün “GPS”-in əsas funksiyalarının işlədilməsini təmin etmək;
• İşin məlumat bazasını yaratmaq və bu məlumatları kompüterə yükləmək;
• Əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək;
• Əməyin təhlükəsizliyi normalarına əməl etmək;
• İş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq, habelə onların həyat və sağlamlığına təhlükə törədə biləcək hərəkət və hərəkətsizlikdən çəkinmək;
• Fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək;
• Əmək qanunvericiliyinin tələblərinə əməl etmək. Dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq və onun hərəkət və ya hərəkətsizliyi nəticəsində oxşar məlumatların üçüncü şəxslərin sərəncamına keçməməsi ilə əlaqədar qanunla gərəkli olan bütün səyləri göstərmək;
• Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək;
• Bu vəzifə təlimatı ilə nəzərdə tutulan vəzifə və funksiyaları, eləcə də rəhbərliyin birbaşa verdiyi qanunvericilik aktlarına uyğun göstəriş və tapşırıqları vaxtında və tam icra etmək;

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Azərbaycan dili – səlis;
• İngilis dili – arzuolunan;
• Rus dili – arzuolunan;

Tələb olunan təhsil və iş təcrübəsi:

• Müvafiq sahə üzrə orta və peşə təhsili
• Müvafiq sahə üzrə iş təcrübəsi olan şəxslərə üstünlük veriləcək.

İş qrafiki:

• Növbəli iş rejimi.

Əmək haqqı və əlavə imtiyazlar:

• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
• Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
• Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ
verilir.
• Nəqliyyat xidməti.
• Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar