Mütəxəssis / Daxili Nəzarət Şöbəsi / Etika və uyğunluq sektoru

Vakansiyaya dair tələblər

Vakansiyaya dair tələblər:

Əsas vəzifə öhdəlikləri:
• Cəmiyyətin fəaliyyət istiqamətlərini əhatə edən funksiya və proseslər üzrə preventiv təhlil və araşdırmalarda iştirak etmək, bu istiqamətdə təkliflərin hazırlanmasında iştirak etmək, sektorun sənədlərinin toplanması və arxivləşdirməsini aparmaq;
• Korrupsiya risklərinin idarə edilməsi, habelə korrupsiya xarakterli hallarla, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə, habelə nəzarət mexanizmlərində boşluqlara qarşı mübarizə ilə əlaqədar tədbirlərdə iştirak etmək;
• Şöbənin qısa və uzunmüddətli məqsədlərinə nail olmaq üçün sektorun fəaliyyətinə dair mütəmadi hesabatları hazırlanmasında iştirak etmək;
• Sektorun apardığı preventiv təhlil və araşdırmaların nəticələrinə dair hesabatların hazırlanmasında iştirak etmək;
• Güclü daxili nəzarət mühitinin qorunub saxlanılmasının təmin edilməsi prosesində Sektor müdirinin tapşırıqlarını icra etmək, habelə bununla bağlı Sektor müdirinə müvafiq məlumatları vaxtında təqdim etmək;
• Aidiyyəti hesabatları hazırlamaq və sektor müdirinə təqdim etmək.

Tələb olunan biliklər və bacarıqlar:
• Azərbaycan dili (səlis), İngilis dili (yaxşı), Rus dili (arzuolunandır).
• Müxtəlif peşə kvalifikasiyalarına (Certified Internal Auditor (CIA), Certified Fraud Examiner (CFE) və s.) malik olmaq arzuolunandır.
• Korrupsiyaya qarşı mübarizəyə dair idarəetmə sisteminin (ISO 37001:2025) tələblərini bilməli.
• Microsoft Office, digər audit və statistik proqramlarda işləmək bacarığı olmalı.
• Şirkətin biznes modelini anlamalı, ağır sənaye və dağ-mədən sahəsi barədə məlumatlı olmalı.
• Komanda ruhu, təşkilatçılıq, ünsiyyət və təlim keçmə bacarıqları, şəxsi və peşəkar inkişafa yönümlülük, analitik düşüncə və hesabat yazma səriştəsi.

Tələb olunan təhsil və iş təcrübəsi:
• Ali təhsil (İqtisadiyyat, Maliyyə, Hüquq, İdarəetmə və ya Mühəndislik yönümlü ixtisaslar üzrə).
• Müvafiq sahə üzrə 1 il iş təcrübəsi tələb olunur.

İş qrafiki:
• Gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.

Əməkhaqqı və əlavə imtiyazlar:
• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
• Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
• Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
• Nəqliyyat xidməti.
• Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar