Keyfiyyətə nəzarət üzrə mühəndis / Biznes proseslərin keyfiyyətinin idarəedilməsi şöbəsi / Söyüdlü (ZOD) qızıl yatağı
Vakansiya aktiv deyil
İş yeri:
Kəlbəcər rayonu
İş növü:
Tam
Vakansiya sayı:
2
Son müraciət tarixi:
14.04.2026
Yenilənmə tarixi:
01.04.2026
Vakansiyaya dair tələblər
Əsas vəzifə öhdəlikləri:
• Məhsulun hazırlanma prosesində istifadə olunan xammalın keyfiyyət göstərcilərinin formalaşmasında iştirak etmək və müvafiq təkliflər vermək; • Məhsulun hazırlanma prosesində istifadə olunan xammalların keyfiyyət göstəricilərinin təmin olunmasına nəzarət etmək; • Müxtəlif səviyyələrdə istehsal mərhələsinə nəzarət etmək. • Xammal, yarımməhsul, hazır məhsul və laboratoriaya ölçmlələrinə dair tələblərin formalaşmasında iştirak etmək və onlara riayət edilməsinə nəzarət etmək; • Keyfiyyətə nəzarət nöqtələrinə nəzarət etmək; • Mədən əməliyyatlarında tendensiyaları, nümunələri və təkmilləşdirmə sahələrini müəyyən etmək üçün filizin dərəcəsi, bərpa dərəcələri və mineral tərkibi daxil olmaqla keyfiyyət göstəricilərinə nəzarət etmək və təhlil etmək; • İstehsal mərhələsində istifadə olunan xammal və yarımməshulların saxlanma şəraitinə nəzarət etmək; • İstehsalda istifadə olunan avadanlıqların kalibarasiyasını təmin edilməsinə nəzarət etmək və istehsalda istifadə olunan avadanlıqların Faydalı İş əmsalının artırılması üçün təkliflər vermək; • İstehsal prosesinin effektivliyini və səmərəliliyini artırmaq üçün təhlillər aparmaq və təkliflər vermək; • Materialların təhlükəsizliyə dair məlumat vərəqi (MSDS) üzrə tələblərə nəzarət etmək; • İstehsal prosesinin müxtəlif mərhələrində risklərin idarə olunmasında iştirak etmək və təkliflər vermək; • Keyfiyyətə nəzarət sahəsində uyğunsuzluqların idarə olunması prosesində iştirak etmək. • İstehsalat proseslərinin keyfiyyət baxımından effektivliyini artırmaq üçün metodlar inkişaf etdirmək. • Keyfiyyətə nəzarət üzrə prosedurlar və yoxlama nəticələri barədə hesabatlar hazırlamaq; • Şöbəyə münasibət bildirilməsi üçün daxil olmuş iş həcmlərinə müvafiq tələbləri qeyd etmək; • Şöbə müdirinin şöbənin fəaliyyət istiqamətləri üzrə digər tapşırıqlarını icra etmək; • Şöbənin fəaliyyət istiqamətləri üzrə podratçıların işinə nəzarət etmək; • Qidalanma xidməti üzrə xidmət göstərən tərəfə yoxlamalar təşkil etmək və nəticələri üzrə hesabat təqdim etmək; • Ərazi üzrə Dezinfeksiya, dezinseksiya və deratizasiya işlərin keyfiyyətli təmin olunmasını təşkil etmək və görülmüş işlərə dair hesabat vermək;
Tələb olunan təhsil və iş təcrübəsi:
• Ali təhsil - İdarəetmə, Standartlaşdırma, Dağ-mədən, Kimya, Kimya mühəndisliyi • Keyfiyyətə nəzarət və laboratoriya sahəsi üzrə: 5 il (Dağ-mədən və qeyri-qida sektorlarında təcrübə üstünlük hesab olunur)
İş qrafiki:
• Növbəli iş rejimi.
Əmək haqqı və əlavə imtiyazlar:
• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. • Nəqliyyat xidməti. • Rəqabətli mükafatlandırma sistemi.