Köməkçi operator / CİL zavodu

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Vakansiyaya dair tələblər:

• İş yerində nizam-intizamı təmin etmək və növbəti növbəyə təhvil vermək;
• İşlədiyi ərazi üzrə bütün avadanlıqların məqsədə uyğun şəkildə və növbə nəzarətçisi tərəfindən verilmiş təlimatlara uyğun şəkildə istifadə edilməsini təmin etmək;
• Xüsusilə əməliyyatlar zamanı baş verə biləcək qəfil dəyişiklikləri görüb müdaxilə etmək, lazımlı məlumatları növbə nəzarətçisinə və nəzarət otağı operatoruna ötürmək;
• Bütün avadanlıqların yoxlanışını həyata keçirmək, təmizliyini təmin etmək;
• Sahə daxilindəki tullantıları etiketlərinə görə uyğun tullantı sahəsinə göndərilməsini təmin etmək;
• Zavoda aid bütün nümunələri tələb olunan zamanda əksiksiz və prosedura uyğun şəkildə laboratoriyaya təhvil vermək;
• Kimyəvi məhlulların (kömür, kaustik soda, SMBS, sianid və s.) hazırlama əməliyyatlarına kömək etmək;
• İdarəetmə otağı, laboratoriyanın təmizliyini təmin etmək və çatışmazlıqları aradan qaldırmaq;
• FMV-ləri nəzarətdə saxlamaq və çatışmazlıqları aradan qaldırmaq;
• Dəyirmanların astar və lifterlərinin dəyişdirilməsi, yenilənməsi və təmir olunması proseslərində iştirak etmək;
• Sahədə təmizlik və səliqə-səhman işlərində iştirak etmək;
• Ehtiyac olduğu təqdirdə qırıcı, dəyirman, çökdürücü çənlər, çəndə qələviləşdirmə, detoks, kimyəvi hazırlama və nəm tullantı hovuzu sahələrindən hər hansı birində növbə nəzarətçisi tərəfindən verilmiş tapşırığı yerinə yetirmək;
• İstehsalatın proses parametrlərinə uyğun ən yüksək performansla işləməsini təmin etmək;
• Əməyin mühafizəsi çərçivəsində istehsalatın davamlılığını təmin etmək;
• Növbə təhvil təslimini yerində və əksiksiz şəkildə etmək;
• Lazımi təlimatları oxumaq, anlamaq və tətbiq etmək.

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Əməkdaşlıq, Məsuliyyətlilik, Davamlı inkişaf, Nəticə yönümlülük, Çeviklik;
• Fərdi mühafizə vasitələrindən düzgün istifadə etmək bacarığı.


Tələb olunan təhsil və iş təcrübəsi:

• Orta-ixtisas və ya peşə təhsili (yaxın və uyğun texniki istiqamətlər üzrə);
• Müvafiq və uyğun sahə üzrə 1 il iş təcrübəsi arzuolunandır.

İş qrafiki:

• Növbəli iş.

Əmək haqqı və əlavə imtiyazlar:

• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
• Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
• Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
• Nəqliyyat xidməti.
• Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar