Layihə meneceri / Strateji planlaşdırma və layihələrin idarəolunması şöbəsi
Vakansiya aktiv deyil
İş yeri:
Bakı şəhəri
İş növü:
Tam ştat
Vakansiya sayı:
1
Son müraciət tarixi:
29.12.2023
Yenilənmə tarixi:
08.01.2024
Vakansiyaya dair tələblər
Əsas vəzifə və öhdəliklər: • Kəşfiyyat, tədqiqat və iri kapital tikinti layihələrin planlaşdırılması və icrası üçün səlahiyyətləri çərçivəsində zəruri işlərinin aparılması; • Layihələrin səmərəliliyinin təmin olunması üçün səlahiyyətləri çərçivəsində optimizasiya tədbirlərini araşdırılıb hazırlanması, təklif edilməsi və zərurət yarandıqda tətbiqinin həyata keçirilməsi; • Layihələr üzrə Fəaliyyət Planının (layihələrin icra statusu hesabatı) hazırlanmasını rəhbərlik etmək və nəzərdə tutulmuş müvafiq işlərin vaxtında görülməsinə nəzarət olunmasını şöbənin səlahiyyətləri çərçivəsində təmin etmək; • Layihələrlə bağlı texniki hesabatların təhlilini (müəyyən olunmuş təhlil dərinliyi çərçivəsində) hazırlamaq; • Yeni investisiya layihələri üzrə təhlillər (pre-feasibility, feasibility) aparmaq; • Şöbənin fəaliyyətinin təşkilində iştirak etmək, zəruri olan arayış və məlumatlar hazırlayaraq şöbə rəhbərliyinə təqdim etmək; • Layihələrin gedişatı haqqında rəhbərliyə dövrü hesabatların hazırlanmasında iştirak etmək; • Mədən sənayesi sektorunun təhlil edilməsi, bazar riski və imkanlarının qiymətləndirilməsi. Tələb olunan bilik, bacarıq və səriştələr: • Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, analitik düşüncə və riyazi biliklər, hesabat yazma səriştəsi; • Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (səlis), Microsoft Office və digər proqramlar • Fərqli maliyyə alətlərinin işləmə mexanizmləri barədə ümumi bilik. Tələb olunan təhsil və iş təcrübəsi: • İqtisadiyyat, maliyyə, mühəndislik ixtisasları üzrə ali təhsil; • PMP sertifikatı və yaxud digər peşəkar təhsil sertifikatlarının olması arzuolunandır. • Minimum 7-10 il müvafiq sahədə iş təcrübəsi. İş qrafiki: • İş saatları: 09:00 – 18:00; • Nahar fasiləsi: 13:00-14:00 • Şənbə və Bazar istirahət günüdür.