Layihə - smeta üzrə mühəndis / Təmir - tikinti və energetika şöbəsi
Vakansiya aktiv deyil
İş yeri:
Daşkəsən rayonu
İş növü:
tam
Vakansiya sayı:
1
Son müraciət tarixi:
24.09.2024
Yenilənmə tarixi:
25.09.2024
Vakansiyaya dair tələblər
Əsas vəzifə və öhdəliklər: • Təmir-tikinti işləri üzrə layihələrin planlaşdırılmasında (məqsəd və vəzifələr, mərhələ və tədbirlərin ardıcıllığı) iştirak etmək; • Tikinti işlərinin plana və büdcəyə uyğun aparılmasına, kənarlaşmaların müvafiq qaydada sənədləşdirilməsi və əsaslandırılmasına nəzarət etmək; • Tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə və tikinti işlərinin layihə üzrə icra olunmasına nəzarət etmək; • Təmir tikinti işləri üzrə layihələrə dair elektron və yazılı məlumat bazası yaradılmasını və bu məlumatların mütəmadi olaraq yenilənməsini təşkil etmək; • Layihə smeta sənədləri üzrə podratçı təşkilatlardan rəylərin alınmasını təmin etmək, ekspertiza və podratçının iradları üzrə onun axıra qədər işləməsinə nəzarət etmək və təsdiq üçün hazırlamaq; • Layihə üzrə qeyd edilmiş iş həcmlərinin yoxlanılması və düzgünlüyü haqqında lazımı sənədləri hazırlamaq; • Başa çatmış tikinti-quraşdırma işlərinin qəbulunda iştirak etmək; • Layihə təşkilatları tərəfindən işlənib hazırlanmış layihə-smeta sənədlərinin komplektləşdirilmiş olmasının və keyfiyyətinin yoxlanmasını, eləcə də qəbulunu təşkil etmək; • Təmir tikinti işləri üzrə layihələrin sənədləşməsinin düzgünlüyünü və onların saxlanma qaydasına uyğun olaraq qeydiyyatlarının dəqiq aparılmasını təmin etmək; • Layihələrin təqvim üzrə planlamasını yerinə yetirmək; • Layihə-smeta sənədləri üzrə lazımi arayışlar hazırlamaq, onların arxivdə saxlanmasını təmin ermək, müəyən edilmiş forma üzrə hesabatları tərtib etmək.
Tələb olunan bilik, bacarıq və səriştələr: • Microsoft Office və AutoCAD proqramları üzrə biliklər; • Əməkdaşlıq, Məsuliyyətlilik, Çeviklik, Davamlı inkişaf.
Tələb olunan təhsil və iş təcrübəsi: • Tikinti sahəsi üzrə ali təhsil; • Müvafiq sahə üzrə 3 il iş təcrübəsi (Sənaye və ya mülki tikintidə sahəsində, sahə təcrübəsi).
İş qrafiki: * Əməkdaşın iş qrafiki həftə ərzində 36 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 08:00-dan 17:00-a qədərdir. Nahar vaxtı saat 12:00-dan 13:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar: * Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. * Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. * Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. * Nəqliyyat xidməti. * Rəqabətli mükafatlandırma sistemi.