Layihə-smeta üzrə mühəndis / Təmir - tikinti və energetika şöbəsi / Çovdar filiz emalı sahəsi

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Əsas vəzifə və öhdəliklər:
• Obyektin layihələndirmə tələblərini bilmək;
• Təmir tikinti işləri üzrə ilkin layihələrin hazırlanması;
• Layihə üzrə iş həcmlərinin çıxarılması;
• Mövcud bina və qurğular üzrə ölçüləndirmə işlərinin aparılması;
• Mal-material və ya ehtiyac olunan avadanlıqların hesabatının aparılması;
• Tikinti zamanı hazırlanan akt və jurnalların aidiyyəti üzrə təmin edilməsi;
• Layihələndirmə üzrə layihə təşkilatlarına verilən tapşırıqların (sifarişlərin) hazırlanması və təqdim olunmasında iştirak etmək;
• Obyektlərin layihələndirilməsi üçün ilkin məlumatları hazırlamaq, layihələndirmə üçün tapşırıqlar tərtib etmək və onları layihə təşkilatlarına göndərmək;
• Layihə-smeta sənədlərinin aidiyyatı üzrə dövlət qurumlarından müvafiq razılaşdırmaların və rəylərin alınmasında iştirak etmək həmçinin prosesə uyğun iş tamamlananadək işləməsinə nəzarət etmək və təsdiq olunması üçün hazırlamaq;
• İdarənin özünün tikintiləri üçün, podrat təşkilatlarını layihə-smeta sənədləri ilə təmin etmək;
• Layihə üzrə qeyd edilmiş iş həcmlərinin yoxlanılması və düzgünlüyü haqqında lazımı sənədlərin hazırlanması;
• Başa çatmış tikinti-quraşdırma işlərinin qəbulunda iştirak etmək;
• Layihələrin təqvim üzrə planlamasını yerinə yetirmək.
• Ehtiyac olduğu təqdirdə ezamiyyətlərə getmək.

Tələb olunan bilik, bacarıq və səriştələr:
• Müvafiq qanunvericilik aktları və normalarını;
• Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi;
• Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (yaxşı), Microsoft Office və AutoCAD (ArchiCAD bilmək üstünlükdür) proqramları;

Tələb olunan təhsil və iş təcrübəsi:

• Mühəndis ixtisası üzrə ali təhsil;
• Minimum 1-3 il müvafiq sahədə iş təcrübəsi.
Digər vakansiyalar