Mədən mühəndisi / Çovdar inteqrəolunmuş regional emal sahəsi

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Vakansiyaya dair tələblər:

• Səlahiyyətləri çərçivəsində mədənin istismar dövrü ərzində dizayn parametrlərinin qorunmasını nəzarətdə saxlamaq;
• Buruq-qazma, partlayış və daşıma işləri üzrə podratçı və subpodratçılar ilə əməkdaşlıq və istismar proqramlarının icra edilməsində iştirak etmək;
• Gündəlik, həftəlik və aylıq vaxt ərzində qısa mədən planlarının hazırlanması və bu planların həyata keçirilməsi üçün avadanlıq tələbatı ilə yanaşı, qazma, dəlmə və partlayış planı, mədən nəzarət planının hazırlanması;
• Dağ-mədən dizayn, dağ-mədən, geotexniki mülahizələr, daxili və xarici yolların tətbiqi və infrastruktur məhdudiyyətləri əsasında dizaynın işlərinin görülməsi;
• İstehsalat hədəfinə nail olmaq məqsədi ilə, faktiki əlaqəli hesabatın hazırlanması və analiz olunması;
• Təhlükəsizlik, istismar xərcləri, mədən dərinliyi və ətraf mühit təbəqələri kimi amilləri nəzərə alaraq faydalı qazıntıların çıxarılması üsulları ilə bağlı təkliflərin irəli sürülməsi;
• Fəaliyyət istiqamətinə uyğun olaraq yaranan əlaqəli texniki problemlərin həll edilməsi;
• Sahə üzrə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planında nəzərdə tutulmuş tədbirlərin icra edilməsində iştirak etmək;


Tələb olunan bilik, bacarıq və səriştələr:

• Azərbaycan dili - səlis, rus və ingilis dili biliyi üstünlükdür;
• Müasir alətlər və texnologiyalardan istifadə;
• Microsoft Office və müvafiq mühəndislik proqramlarını (Surpac, ArcGİS, AutoCad və s.) bilməsi tələb olunur;
• Tələb olunan proqram təminatlarına dair beynəlxalq sertifikatların və təhlükəsizlik qaydaları üzrə sertifikatların olması arzuolunandır;
• Çeviklik, əməkdaşlıq, məsuliyyət, tapşırıqları vaxtında və tam icra etmək, diqqətli, dürüst, nizam-intizamlı.


Tələb olunan təhsil və iş təcrübəsi:

• Mədən mühəndisliyi üzrə ali təhsil;
• Yaxın və oxşar sahədə 3 il iş təcrübəsi üstünlükdür.


İş qrafiki:

• Növbəli rejim.


Əmək haqqı və əlavə imtiyazlar:

• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
• Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
• Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
• Nəqliyyat xidməti.
• Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar