Metallurq / Dağ-mədən və emal sahələrinin idarəedilməsi şöbəsi / Emal sektoru
Vakansiya aktiv deyil
İş yeri:
Bakı şəhəri
İş növü:
Tam
Vakansiya sayı:
1
Son müraciət tarixi:
28.05.2026
Yenilənmə tarixi:
26.05.2026
Vakansiyaya dair tələblər
Vakansiyaya dair tələblər:
• Şöbənin fəaliyyətinə əsasən müəyyən edilmiş dövrlərə uyğun hesabatlılığı təmin etmək və sistemləşdirmək; • Emal sektoruna həvalə edilmiş vəzifələrin icrasını təşkil etmək; • Hesabatlara dair təhlillər aparmaq, mövcud tendensiyaları müəyyənləşdirmək və gələcək fəaliyyət üçün proqnozlar verməkdə iştirak etmək; • Şöbənin sifarişi əsasında fəaliyyət göstərən yerli və xarici podratçı, subpodratçı və digər şirkətlərlə sağlam əlaqələrin qurulmasında iştirak etmək və bu istiqamətdə təkliflər vermək; • Proseslərin təhlükəsizlik tələblərinə uyğunluğunu təmin etmək və bu istiqamətdə texnoloji sənədlərin hazırlanmasında, təsdiqlənməsində və yenilənməsində iştirak etmək; • Hesabatların və sənədlərin arxivləşdirilməsi və saxlanılması qaydalarına riayət etmək;
Tələb olunan bilik, bacarıq və səriştələr:
• Azərbaycan dili səlis, Rus dili və İngilis dilini yaxşı səviyyədə bilməli; • MS Office proqramları üzrə işləmək bacarığı; • Müasir alətlər və texnologiyalardan istifadə bacarığı.
Tələb olunan təhsil və iş təcrübəsi:
• Ali təhsil (kimya mühəndisliyi, metallurgiya, proses mühəndisliyi, kimya); • Müvafiq sahə üzrə 1 il iş təcrübəsi üstünlükdür.
İş qrafiki:
• Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün. Nahar vaxtı 13:00-dan 14:00-dəkdir
Əmək haqqı və əlavə imtiyazlar:
• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. • Nəqliyyat xidməti. • Rəqabətli mükafatlandırma sistemi.