Mexanika mühəndisi / Təmir-tikinti və texniki təminat şöbəsi / Mexanika sektoru

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Əsas vəzifə və öhdəliklər:
• Müvafiq sahədə prioritetlərinin formalaşdırılmasında, layihələrin işlənib hazırlanmasında iştirak etmək və aidiyyəti təkliflər hazırlamaq;
• Mexaniki avadanlıqlarda təmiri və quraşdırılması işləri üzrə layihələrin planlaşdırılmasında (məqsəd və vəzifələr, mərhələ tədbirlərin ardıcıllığı) iştirak etmək;
• Götürülən öhdəliklərin,qoyulan tapşırıqların icrasını təmin etmək, layihələrin icrası, manitorinqi və qiymətləndirilməsi sahəsinə aidiyyatı struktur bölmə tərəfindən təşkil edilən işlərdə iştirak etmək,aparılan yoxlama proseslərində çatışmazlıqlar aşkar edildikdə bu barədə rəhbərliyə məlumat və hesabat vermək;
• Mexaniki avadanlıqlarda yenidən dizayn edilməsi ,qurğunun təmiri və ya konstruksiyası üçün planın hazırlanması;
• Qurğunun prototipinin təkminləşdirilməsi və test edilməsi;
• Texniki sənədləri tərtib etmək ( iş cədvəli , təlimatlar,planlar,smeta);
• Texnoloji avadanlıqların texniki vəziyyətini və qalıq ömrünü yoxlamaq , müntəzəm baxış və təmir işlərinin təşkil edilməsi;
• İstehsal prosesinə nəzarət etmək.İşin səmərəli təşkili üçün təkliflər irəli sürmək;
• Cəmiyyətin sifarişi əsasında fəaliyyət göstərən yerli və xarici podratçılarla bağlanmış müqavilələrin gedişatını izləmək, prosesləri nəzarətdə saxlamaq;
• Vaxtaşırı rəhbərlik üçün tapşırıqların icrasının gedişi haqqında informasiya hazırlanmasını təmin etmək;

Tələb olunan bilik, bacarıq və səriştələr:
• Azərbaycan dili səlis, ingilis dili arzuolunandır;
• Microsoft Office və AutoCad proqramları üzrə işləmək bacarığı;
• Biləvasitə mexanika və istehsalat ilə əlaqəli sahələrdə işləməsi arzuolunandır;
• Məsuliyyətlilik, Əməkdaşlıq, Çeviklik, Məqsədyönlülük, Nizam-intizam, Operativlik.

Tələb olunan təhsil və iş təcrübəsi:
• Müvafiq sahə üzrə Ali təhsil;
• Müvafiq sahə üzrə 3 il iş təcrübəsi.

İş qrafiki:
• Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.

Əmək haqqı və əlavə imtiyazlar:
• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
• Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
• Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
• Nəqliyyat xidməti.
• Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar