Mühəndis - Geoloq (Geotexniki sahə) / CİL zavodu

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Vakansiyaya dair tələblər:

• Geoloji və geotexniki tədqiqatların aparılması (qazma quyuları, sınaq çuxurları, CPT və digər üsullar vasitəsilə sahə araşdırmalarının həyata keçirilməsi);
• Torpaq, süxur və yeraltı su nümunələrinin toplanaraq laborator analizlər üçün təqdim edilməsi;
• Sürüşmə, çökmə və digər geodinamik aktivlik risklərinin müəyyənləşdirilməsi;
• Laboratoriya nəticələrinin və sahə müşahidələrinin təhlil və şərh edilməsi;
• Geoloji xəritələrin, kəsiklərin, profillərin və model eskizlərinin hazırlanması;
• Mühəndislik layihələndirilməsi üçün torpaq və süxur qatlarının fiziki və mexaniki xüsusiyyətlərinin qiymətləndirilməsi;
• Layihələndirmə və planlaşdırmaya geotexniki dəstəyin göstərilməsi (bünövrə, yamac, bənd və digər infrastruktur obyektləri üzrə);
• Sahə şəraitinə uyğun torpağın yaxşılaşdırılması metodlarının və alternativ texniki həllərin təklif edilməsi;
• Geoloji və geotexniki risklərin qiymətləndirilməsi (torpaq sabitliyi, eroziya, yeraltı su təsiri, seysmik təhlükələr və s.);
• Texniki və analitik hesabatların hazırlanması, nəticələrin rəhbərliyə və sifarişçiyə təqdim edilməsi;
• Tikinti və ya istismar mərhələsində risklərin azaldılması üzrə tədbirlərin hazırlanması və icrasına nəzarət;
• Tikinti və qazıntı işlərinə nəzarət, təhlükəsizlik və keyfiyyət standartlarının təmin edilməsi;
• Zərurət olduqda torpaq və süxurların vəziyyətinin sadə və rəqəmsal modellərlə göstərilməsi və analizlərin aparılması.

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Azərbaycan dili , İngilis və Rus dilləri – yaxşı səviyyədə;
• Müasir alət və texnologiyalardan istifadə bacarığı;
• AutoCAD, Plaxis, Rocscience və GIS proqramlarında işləmə bacarığı;
• Analitik düşünmə qabiliyyəti, məsuliyyətlilik, diqqətlilik və intizamlı iş yanaşması;
• Komanda ilə effektiv əməkdaşlıq və tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmə bacarığı.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Geologiya (mühəndis geoloq) sahəsi üzrə ali təhsil;
• Müvafiq və ya oxşar sahədə minimum 5 il iş təcrübəsi.

İş qrafiki:

• Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 08:00-dan 17:00-a qədərdir. Nahar vaxtı saat 12:00-dan 13:00-dəkdir.

Əmək haqqı və əlavə imtiyazlar:

• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir;
• Əməkdaşlara beynəlxalq və yerli təlim və konfranslarda iştirak imkanı yaradılır;
• Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir;
• Nəqliyyat xidməti;
• Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar