Mühəndis (Mexanika sahəsi üzrə) / Çovdar filiz emalı sahəsi / Texniki xidmət bölməsi

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Əsas vəzifə və öhdəliklər:

• Mexanik sistemlərdə və avadanlıqlarda texniki xidmətin aparılması və daima saz vəziyyətdə saxlanılmasını təmin etmək;
• Tabeliyində olan texniki heyətin gündəlik işini planlaşdırmaq və nəzarət etmək;
• Mexanika üzrə işlərin plana və büdcəyə uyğun aparılmasına, kənarlaşmaların müvafiq qaydada sənədləşdirilməsi və əsaslandırlımasına aidiyyatı şöbə ilə birlikdə nəzarət etmək və rəhbərliyə məlumat vermək;
• Texniki xidmət və planlı baxım qrafiklərinə əsasən işləri təşkil etmək;
• Təsdiqlənmiş planlar əsasında işin təşkilini təmin etmək;
• Nasazlıqlar və ya dayanma halında dərhal müdaxilə etmək və bu müddəti mümkün qədər qısaltmaq;
• Yeni quraşdırılacaq qurğular üzrə layihə planının hazırlanmasında iştirak etmək;
• Təmir edilmiş komponentlərin və mexanizmlərin normal işləməsi üçün yoxlama testlərini təmin etmək;
• Texniki qulluq üçün lazım olan ehtiyat hissə, alət və avadanlıqların planlı şəkildə təminatını təmin etmək;
• Avadanlıqların texniki istismar qaydalarına riayət olunmasını təmin etmək.


Tələb olunan bilik, bacarıq və səriştələr:
• Microsoft Office və müvafiq mühəndislik proqramlarında (AutoCad və.s) işləmək bacarığı;
• Dil bilikləri: Azərbaycan dili mükəmməl, İngilis və Rus dili arzuolunandır.
• Məsuliyyət, Əməkdaşlıq, Çeviklik, Davamlı inkişaf.

Tələb olunan təhsil və iş təcrübəsi:
• Müvafiq sahə üzrə ali təhsil tələb olunur;
• Müvafiq sahə üzrə 3 il iş təcrübəsi (Biləvasitə mexanika və istehsalat ilə əlaqəli sahələrdə iş təcrübəsi arzuolunandır).

İş qrafiki:
• Əməkdaşın iş qrafiki həftə ərzində 36 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 08:00-dan 17:00-a qədərdir. Nahar vaxtı saat 12:00-dan 13:00-dəkdir.

Əmək haqqı və əlavə imtiyazlar:
• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
• Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
• Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
• Nəqliyyat xidməti.
• Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar