Müşavir köməkçisi / İdarə Heyətinin katibliyi

Vakansiyaya dair tələblər

Əsas vəzifə və öhdəliklər:
• Cəmiyyətin rəqəmsal transformasiya layihələrində iştirak etmək, onların icrasını koordinasiya etmək və maraqlı tərəflərlə işgüzar münasibətlər qurmaq;
• Layihə gedişatını izləmək və təhlil etmək;
• İşgüzar məsələlər üzrə maraqlı tərəflərlə dialoqlar aparmaq, görüş və müzakirələr təşkil etmək;
• Sənəd dövriyəsinə daxil olan məktubları izləmək və təhlil etmək;
• Tapşırıqların icra müddətlərini planlaşdırmaq və icrasına nəzarət etmək;
• Müxtəlif struktur bölmələrdən məlumat toplayaraq ilkin təhlilləri aparmaq;
• Rəsmi yazışma mətnlərini hazırlamaq, yoxlamaq və düzəlişlərin keyfiyyətini qiymətləndirmək;
• Bəzi proseslərin layihə daxilində müstəqil aparılması;

Tələb olunan bilik, bacarıq və səriştələr:
• Azərbaycan, İngilis və Rus dillərində sərbəst danışıq və yazı bacarıqları;
• Microsoft Office proqramları üzrə işləmək bacarığı;
• Hesabatların hazırlanması (Gant cədvəlləri, Excel, Power Point);
• Dağ-mədən və emal sahələrinə ezam etmək imkanı;
• GAP və SWOT təhlillərin aparılması;
• Data analitika və Power Bİ bacarıqları;
• Yüksək səviyyədə araşdırma və təhlil etmə, tapşırıqların son icra müddətlərini gözləmək bacarığı analitik düşüncə və problem həll etmə bacarıqları, yüksək səviyyədə məsuliyyət və detallara diqqət, texniki problemləri təhlil etmək bacarığı, çevik və nəticəyönümlü yanaşma, komandada işləmə, yüksək ünsiyyət və özünüifadə qabiliyyəti;

Tələb olunan təhsil və iş təcrübəsi:
• Biznes Analitika, Layihələrin idarəedilməsi, İnformasiya Texnologiyaları və ya oxşar sahələr üzrə Ali təhsil (bakalavr və ya magistr dərəcəsi) ;
• Rəqəmsal transformasiya, data analitikası, layihələrin idarəedilməsi və ya oxşar sahələrdə ən azı 1 il iş təcrübəsi.

İş qrafiki:
• Əməkdaşın iş qrafiki həftə ərzində 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.

Əmək haqqı və əlavə imtiyazlar:
• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
• Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
• Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
• Nəqliyyat xidməti.
• Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar